17.01.2023 [10:41] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Bir neçə gün öncə Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet Ermənistana səfər edib. O, iki günlük səfər çərçivəsində baş nazir Nikol Paşinyan və Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb.
Fransalı spiker İrəvanda çıxışı zamanı erməni separatçılarını məyus edən fikirlər səsləndirib. Belə ki, Yael Braun-Pivet Fransanın Qarabağın müstəqilliyini tanımadığını söyləyib:
“Qarabağın müstəqilliyini tanımırıq və statusu Fransa müəyyən etməməlidir. O, beynəlxalq hüquq çərçivəsində müxtəlif xalqlar, xüsusən də münaqişənin müxtəlif tərəfləri tərəfindən müəyyən edilməlidir”.
O, həmçinin, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün şansların tükənmədiyini diqqətə çatdırıb.
Fransa Qarabağın “müstəqilliyini” tanıya bilmirsə, onda niyə bizim ərazimizdəki erməniləri qızışdıran mövqe sərgiləyir? Onların “müstəqilliyini” tanımağa gücü çatmırsa, niyə vəziyyətdən bu cür çıxmağa cəhd edir? Fransa siyasətindəki ermənilərlə bağlı bu təzad nə ilə izah oluna bilər?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Fransa Milli Assambleyasının sədrinin mövqeyi bir neçə səbəbdən bu cürdü: “Birincisi, Fransanın özünün də problemi var. Anlayır ki, sabah bu məsələ ilə bağlı yanlışa yol versələr, Azərbaycanın Qarabağ ərazisini başqa dövlətin ərazisi və yaxud müstəqil kimi tanısalar eyni problemlə, təzyiqlərlə qarşılaşmalı olacaqlar. İkinci məsələ isə odur ki, göründüyü kimi, Ermənistanın rəhbərliyi ilə danışıqlar gedir. Azərbaycanın Qarabağ ərazisində yaşayan erməni əsillilərin separatçı rejimi ilə də əlaqələri vardı. Qarabağda olan ermənilərlə İrəvan rəhbərliyinin fikirlərinin üst-üstə düşmədiyinin də fərqindədilər. Paşinyan bir formada artıq sülh müqaviləsinə getmək və yaxud da Qarabağdakı ermənilərdən imtina yollarını axtarmaqdadır. Çünki Laçın yolu ilə bağlı məsələdə bildirdi ki, buna Ermənistan nə üçün müdaxilə etməlidir? Problemi Rusiya ilə Azərbaycan həll etməlidir. Çünki Rusiya üzərinə öhdəlik götürüb, ancaq bir formada yaxasını kənara çəkir. Digər tərəfdən xeyli əvvəl bildirmişdi ki, bizdən əvvəlki hakimiyyətlər 90 - cı illərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar. Bunu əsaslandırmaq üçün başqa fikirlər də var. Fransa bilir ki, İrəvanla Xankəndinin indiki separatçılarla fikirləri üst-üstə düşmür. Üçüncü məqam isə Rusiya ilə bağlıdır. Rusiyaya qarşı sanksiyalar tətbiq olunur. Rusiyanın qərəzli, ədalətsiz mövqeyinə qarşı bütün dünya savaş aparır. Rusiya Ukrayna ərazisində süni şəkildə referendumlar təşkil edib, bir neçə subyektin müstəqilliyini tanıyıb. Əgər Fransa da eyni şeyi - Qarabağ separatçılarının xeyrinə Qarabağın müstəqilliyini tanısa, bir pis ənənə də Rusiya - Ukrayna məsələsində Ukrayna ərazilərinə görə olacaq. Bu da Fransanın imicinə çox mənfi təsir edəcək. Üstəlik də Fransa görür ki, Azərbaycan tərəfi Fransanın reaksiyalarını o qədər də saya salmır. Sülməramlı adı altında, yaxud müşahidəçi missiya ilə fransızların Azərbaycan-Ermənistan sərhədlərinə gəlməsinə də Bakı etiraz etdi. Onlar da bir müddət Ermənistan ərasizində olub qayıtdılar. Başa düşdülər ki, ordan da Azərbaycana təsir edə bilməyəcəklər. Dördüncü faktor isə BMT - də Azərbaycanla bağlı məsələ qaldırılması və onların qaldırdığı məsələnin fiaskoya uğraması oldu. Gördülər ki, Azərbaycanın imici və beynəlxalq dəstəyi də xeyli artıb. Beşinci məsələ Türkiyənin mövqelərinin çox ciddi şəkildə möhkəmlənməsidir. Onlar başa düşürlər ki, bu məsələlərə qarşı çıxmaqla bir az da Türkiyə ilə ziddiyət artacaq. Onlara bu sərf etmir. Çünki indiki Rusiya-Ukrayna müharibəsi dönəmində Türkiyənin vasitəçilik missiyaları bu məsələlərdə prosesləri yumşaltmaqda rol oynayır və Fransa oyundan kənarda qalmaq istəmir. Amma həm də oyuna qayıtmaq istəyir. Azərbaycana bir az fərqli görünmək istəyir. Artıq ATƏT - in Minsk qrupunda yox, fərqli şəkildə barışdırıcı missiyada olmaq istəyir. "Biz həqiqətin yanındayıq, barışmağınızı istəyirik və bunun üçün də vasitəçi ola bilərik" kimi mesajlar verir. Axır ki, bunlar dolaşıq siyasət yürütməklə vəziyyətdən çıxmaq istəyirlər. Verdikləri bəyənatlarla, hərəkətlərlə özlərini çıxılmaz vəziyyətə salıblar. Bütün hallarda biz fransızlara güvənə bilmərik. Fransa yüz il əvvəl Türk dünyasına qarşı hansı mövqedə olubsa, məlum şərq məsələsində türk dünyasını dağıtmaq, bölmək proseslərində əlini necə daşın altına qoymuşdusa, bu gün də odur. Biz zəiflədiyimiz anda eyni cür davranacaq. Türk dövlətləri təşkilatında möhkəmlənmək, Türkiyə ilə bərabər Fransa amilinə ortaq davranışı modelləşdirməliyik. Onlara güvənmək olmaz. Sadaladığım məsələlərdə hələlik aysberqin görünən üzündədir Fransa. Əslində isə onlar məqam düşəndə zərbə vurmağa çalışırlar. Gücləri yoxdur deyə, başqa çıxış yolları qalmır. Belə danışmalıdırlar”.
Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 569 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |