Şrift:
Azərbaycan Türkiyənin müttəfiqidir
23.01.2013 [13:32] - Gündəm, Hərb
Anatoli Kornukov: «»Patriot» raketlərinin Suriya ilə sərhəddə yerləşdirilməsi Ermənistanın təhlükəsizliyinə təhdiddir»

«Türkiyənin Suriya ilə sərhədinə yerləşdiriləcək «Patriot» raketlərinin əsas hədəfi Rusiyadır».Bu fikirləri Rusiya Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Anatoli Kornukov bildirb. Onun sözlərinə görə, «Patriot» raketləri Suriyadan gələn təhlükədən daha çox, Müstəqil Dövlətlər Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzv ölkələrini və Rusiyanı hədəfə alır.
Keçmiş komandan «Patriot» raketlərinin Suriya ilə sərhəddə yerləşdirilməsinin Ermənistanın təhlükəsizliyinə təhdid olduğunu da söyləyib: «Sərhəd yaxınımızdadır. Azərbaycan Türkiyənin müttəfiqidir. Ermənistan təhdid altındadır».
Qeyd edək ki, Türkiyə bir müddət əvvəl NATO-ya müraciət edərək Suriya ilə sərhəddə yerləşdirmək üçün «Patriot» raketlərini verməsini tələb edib. NATO buna razılığını verib. Artıq raketlər Almaniya və Niderlanddan olan mütəxəssislərlə yola salınıb.
Bu xəbər oxucular tərəfindən 748 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed