23.01.2013 [14:25] - Diaspor
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlamentlər İttifaqının (İƏT Pİ) Sudanın paytaxtı Xartum şəhərində keçirilən 8-ci sessiyası öz işini başa çatdırıb.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbulda yerləşən Baş Qərargahından verilən məlumata görə, DƏ-İKGF tərəfindən təqdim olunan layihə əsasında “İƏT Pİ və DƏ-İKGF arasında əməkdaşlıq” başlığı altında qəbul olunmuş qətnamənin “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş paraqrafında İƏT-ə üzv 51 ölkənin parlamentlərini öz sıralarında birləşdirən İƏT Pİ Xocalı faciəsini erməni silahlı qüvvələri tərəfindən dinc Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım aktı kimi tanıyıb və faciəni insanlığa qarşı törədilən cinayət adlandırıb.
Faciəni törədənlərin hüquqi məsuliyyətə cəlb olunmasını tələb edən İƏT Pİ, həmçinin DƏ-İKGF Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasının vacibliyini qeyd edib, o cümlədən, İƏT Pİ-yə üzv parlamentlərdə hadisəyə müvafiq hüquqi və siyasi qiymətin verilməsi və kampaniyaya dəstək göstərilməsi çağırış edib.
Qeyd olunub ki, sənəd üzv parlamentlərin sədrlərinin və millət vəkillərinin iştirakı ilə yekdilliklə qəbul edilib. Xatırladaq ki, daha öncə, 2012-ci ilin noyabr ayında Cibutidə keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında DƏ-İKGF-nin irəli sürdüyü qətnamə əsasında 57 İƏT üzvü ölkələrin xarici işlər nazirləri Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb və faciə insanlığa qarşı törədilmiş cinayət adlandırıblar.
Sözügedən qətnamədə, həmçinin, DƏ-İKGF tərəfindən həyata keçirilən beynəlxalq “İƏT Modeli” proqramına dəstək ifadə edilib, xüsusilə, proqram çərçivəsində Milli Gənc Parlamentlər Modeli üzrə iki qurum arasında əməkdaşlığın vacibliyi qeyd olunub.
(İƏT Pİ) Təşkilat İƏT-ə üzv olan 51 ölkənin parlamentlərini özündə birləşdirir və müvafiq olaraq Afrika, Asiya və Ərəb regionunda iki ildə bir dəfə parlament sədrlərinin və millət vəkillərinin iştirakı ilə öz sessiyasını keçirir.

Bu xəbər oxucular tərəfindən 917 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |