Şrift:
Vardanyan müharibə istəyir - BBC-yə müsahibənin pərdəarxası məqamları
24.01.2023 [10:25] - Gündəm, Siyasət
Rusiyalı milyarder Ruben Vardanyan BBC-nin "Hard Talk" proqramına müsahibəsində müxtəlif sualları cavablandırmaq və ya susmaq məcburiyyətində qalıb.

Müsahibə zamanı Vardanyan bir çox suallara təxribatçı, yalan dolu cavablar verməyə çalışıb. Bəzi məqamlarda isə özünü ifşa da edib.

Məsələn, aparıcının Ukraynadakı hadisələrlə bağlı sualına cavab verməkdən yayınaraq yenə də ermənilərin "humanitar fəlakəti" haqqında cəfəng danışmağa başlayıb.

Verlişin aparıcısı, jurnalist Stiven Sakur suallarla Vardanyanın Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi (OCCRP) araşdırmasında biznes əlaqələrinin şəffaf olmaması, çirkli yolla milyardlıq varidat əldə etməsinə işarə edir, ondan niyə birdən-birə Rusiya vətəndaşlığından imtina edib, Xankəndiyə gəlməsinin və yaxud göndərilməsinin səbəbini soruşur.

Jurnalist qeyd edir ki, erməni icması ya Azərbaycanla danışıqlara getməli, ya da Qarabağdan çıxmalıdır və s.

Diqqət çəkən digər vacib məqam isə Vardanyanın dəfələrlə "biz axıra kimi müdafiə olunacağıq", "biz Azərbaycanla birlikdə yaşamayacağıq" və s. revanşist fikirləri səsləndirməsidir.

Qarabağın erməni sakinləri arasında Vardanyana qarşı ciddi etirazların olduğu məlumdur. Hətta bu barədə BBC telekanalının aparıcısı da veriliş zamanı Vardanyana birbaşa suallar verir.

Bir sıra ermənilər düşünür ki, Vardanyan gəlməmişdən əvvəl vəziyyət daha stabil, daha ürəkaçan idi.

Vardanyanın müxtəlif maraqlara xidmət etməsi yerli ermənilər tərəfindən də birmənalı qarşılanmır. Ruben hər vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışır. Azərbaycanlı mütəxəssislər monitorinq məqsədilə əraziyə gələndə də Vardanyan Rusiya sülhməramlıları ilə birləşərək vəziyyəti gərginləşdirməyə nail oldu.

Dinc azərbaycanlı eko-fəalların aksiyasını isə həm daxili auditoriyaya, həm də xaricə "blokada" kimi qələmə verməyə çalışır.

Bəs məqsəd nədir? Vardanyan nəyə nail olmağa çalışır.

Ruben Vardanyanın BBC efirində suallara cavabları onu deməyə əsas verir ki, məqsəd ermənilər arasında revanşist meyilləri alovlandırmaqdır.

Vardanyan deyir ki, "biz axıra kimi müdafiə olunacağıq". Sual çıxır ortaya ki, kimdən və ya nədən müdafiə olunacaq? Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır.

Bəs, Vardanyan kimi kimdən müdafiə edir?! Əlbəttə ki, Vardanyanın əsas məqsədi ermənilər arasında revanşist meyilləri gücləndirmək, onlarda Azərbaycana qarşı nifrət aşılamaq və yeni hərbi təxribatlara, hətta müharibəyə hazırlamaqdır.
Bu xəbər oxucular tərəfindən 336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed