Şrift:
İƏT-in növbəti sammiti Özbəkistanda keçiriləcək
25.01.2023 [12:04] - Xəbərlər, Gündəm, Siyasət
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşü bu ilin noyabrında Özbəkistanda keçiriləcək.

Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə İƏT-in Baş katibi Hüsrev Nazirinin görüşündə qeyd edilib.

Bildirilib ki, sammitin gündəliyinin hazırlanması barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, 1985-ci ildə yaradılan və Türkiyə, Pakistan, İran, Əfqanıstan, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın, Şimali Kipr Türk Respublikasının isə müşahidəçi üzv olduğu İƏT Dövlət Başçıları Zirvəsi iki ildən bir keçirilir.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed