Şrift:
Azərbaycan nefti ucuzlaşıb
25.01.2023 [12:05] - Gündəm, İqtisadiyyat
Azeri Light markasına məxsus Azərbaycan neftinin qiyməti Auqusta İtaliya limanında CIF bazasında yanvarın 24-də əvvəlki göstəriciyə nisbətən 2,24 dollar düşüb və bir barelin qiyməti 89,87 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanındakı FOB bazasında Azeri Light neftini qiyməti 2,15 dollar – bir barelə görə 87,67 dollara düşüb.
Azərbaycanın Qaradənizin rus Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS növünə məxsus neftin dəyəri əvvəlki göstərici ilə müqayisədə 2,11 dollar düşərək bir barelə görə 48,86 dollar təşkil edib.

Şimal Dənizindən hasil olunan Brent Dated etalon növünə məxsus neftin bir barelinin qiyməti yanvarın 24-də əvvəlki göstərici ilə müqayisədə 2,08 dollar – bir barelə görə 86,13 dollaradək düşüb.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed