Şrift:
İsveçin baş naziri Türkiyə ilə dialoqu bərpa etmək arzusunda olduğunu bildirib
25.01.2023 [12:07] - Gündəm, Siyasət, Türk dünyası-Turan
İsveçin baş naziri Ulf Kristersson çərşənbə axşamı Ankara ilə Stokholm arasında pisləşən münasibətlər fonunda Türkiyə ilə dialoqu bərpa etmək istədiyini açıqlayıb.

Bu barədə İsveçin baş naziri mətbuat konfransı zamanı deyib.

"İsveç, Finlandiya və Türkiyə arasında NATO-ya üzvlüklə bağlı səmərəli danışıqlara qayıtmaq üçün sakitliyə, düşünməyə çağırmaq istərdik", -deyə o bildirib.
Onun sözlərinə görə, “milli təhlükəsizlik sahəsində bizim Finlandiya ilə ən qısa zamanda NATO-ya daxil olmağımızla bağlı məsələdən daha vacib məsələ yoxdur”.
Bu xəbər oxucular tərəfindən 1283 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed