Şrift:
Stoltenberq: NATO-nun Ukraynaya dəstək vermək hüququ var
25.01.2023 [12:10] - Gündəm, Siyasət
NATO Baş katibi Yens Stoltenberq alyansın Ukrayna-Rusiya müharibəsində tərəf olmayacağını bildirib.
Bu barədə Stoltenberq "Die Welt" qəzetinə müsahibəsində deyib.
"NATO Ukraynadakı müharibədə tərəf olmayıb və olmayacaq. NATO-nun münaqişədə iştirak etməməsi alyansın Ukraynaya nə qoşun, nə də təyyarə göndərməməsi faktını sübut edir", - Stoltenberq bildirib.
Eyni zamanda o qeyd edib ki, Ukrayna BMT Nizamnaməsinə uyğun olaraq “özünü müdafiə etmək hüququna malikdir”, ona görə də NATO-nun ona dəstək vermək hüququ var.
Bu xəbər oxucular tərəfindən 355 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed