Şrift:
Cənub Qaz Dəhlizi Məşvərət Şurası fevralın 3-də Bakıda toplanacaq
25.01.2023 [12:12] - Gündəm, Siyasət
Bakıda fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək.

Bu barədə Energetika Nazirliyindən bildirilib.
Məlumata görə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasıda bir sıra ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinini və digər qonaqların iştirakı nəzərdə tutulub.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib, səkkizinci toplantı isə 2022-ci ilin fevralın 4-də keçirilib.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed