23.01.2013 [14:53] - Xəbərlər, Müsahibə
Jurnalist Qadınlar Assosiasiyası Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm müşaviri Əhməd Seyyid Arslanla mətbuat nümayəndələrin görüşünü təşkil edib. Seyid Əhməd Arslan jurnalistləri maraqlandıran sualları cavablandırıb.
- 2013-ci ildə bizim ilk qonağımız olmaq sizin qismətinizə düşdü.
- Bakıya gəlməyimin bu gün tam bir ili oldu. Görüşümüzün də bu günə təsədüf etməsində bir xeyir var yəqin. Mənim Ankarada Mədəniyyət və Turizm Nazirliyində yüksək bir vəzifəm var idi. Buna baxmayaraq, Azərbaycan sevdam mənim ordan buraya qədər gəlməyimə səbəb oldu. Bu gün mən bura gəlməyimdən çox şadam, yaxşı ki, bura gəlmişəm, və yaxşı ki, burda sizlərlə tanış olmuşam.
- Bakıya gəldiyiniz bu qısa vaxt ərzində nələr etdiniz, nələr qaldı növbəti ilə?
- Bir il ərzində gördüyümüz işlərdən danışsam sizin ayırdığınız bir neçə saata sığışdılrmaq mümkün olmayacaq. O üzdən də mən sadəcə görülən işlərin ümumi mənzərəsini qısa – özət şəklində sizlərə çatdırım.
Səfirliyimizin həm mədəniyyət, həm də turizm şöbəsi bir başa mənim nəzarətimdə olduğuna görə, biz ilin ilk hissəsini daha çox turizm işləriylə məşğul oluruq. Çünki xüsusilə iyun, iyul, avqust və sentyabr aylarında Türkiyəyə turistlərin ən çox üz tutduğu aylardır. Bildiyiniz kimi Türkiyə bir turuzm ölkəsi olaraq, dunyada bu sahədə 6-cı yeri tutmaqla dünyada xüsusi bir çəkisi olan ölkədir. Bu səbəbdən də bizim bütün dünyada turizmlə əlaqədar çox geniş işlərimiz olur.
- Nədən ibarətdir bu işlər?
- Reklam fəaliyyətimiz olur. Ona görə də ilin ilk 6 ayında daha çox reklam fəaliyyətlərinin planlaşdırılması, onların uyğunlaşdırılması və yerləşdirilməsi kimi işlər görürük. Ötən il də küçə reklam lövhələrində və monitorlarında Türkiyə tanıtma reklamları yer almışdı. Bu il bu daha aktiv və daha çox olması ilə nəzərə çarpacaq. Çünki büdcəmizi artırdıq. Avtobuslarda, London taksilərində, internet saytlarda, televiziya kanallarında Türkiyəni tanıtım reklamları daha çox izləniləcək.
- Müşavirlik olaraq Türkiyənin daha çox hansı turizm potensialının tanıdılmasına ehtiyac duyursunuz?
- Türkiyənin sadəcə yaz və yay turizmi deyil, həmçinin alternativ turizmini də tanıtdırılnası, inkişaf etdirilməsi əsas amallarımızdan biridir. Türkiyə tam bir qış turizminin məsləhət görüldüyü bir ölkədir. Xüsusi ilə Türkiyənin qış turizminin burada tanıdılması üçün böyük bir proqramlar həyata keçirdik. Məsələn, Qarsa, Ərzuruma, Bursaya buradan media mənsublarını, xüsusilə televiziya əməkdaşlarını göndərdik. Sağlıq turizminə də xüsusi diqqət verdik. Çünki Türkiyənin sağlıq və sağlamlıq istiqamətində çox ciddi müvəffəqiyyətləri var. Türkiyədən həkimlər gətirdik, sağlıq qurumlarını gətirdik, burdakı sağlamlıq müəssisələri ilə onları uyğun məkanlarda görüşdürərək, “World shop”lar baş tutdu. Türkiyənin alternativ turizmindən biri də termal turizm – isti su turizmidir. Türkiyə isti su turizmi baxımından dünyada 7-ci, Avropada 1-ci yerdə dayanır. Türkiyənin isti su potensialı bu qədər böyük bir səviyyədədir. Təəssüflə qeyd edim ki, Azərbaycanda Türkiyənin bu potensialı çox tanınmır. Biz bunun da tanıdılması üçün bir səfərbərlik olaraq bir sıra işlər görməyə də cəhd etdik. Məsələn, Türkiyənin Afyon Qarasihar deyilən bir bölgəsi var. Bura Türkiyədə isti su turizminin mərkəzi sayılır. Burada 5 ulduzlu müssisələr var ki, artıq dünyada tanınan yerlərdir. Afyona 2 qrup jurnalist göndərdik və terminalın Azərbaycanda tanıdılması üçün belə bir veriliş hazırladıq.
-Sizin Azərbaycana verdiyiniz töhfələri arasında xususi vurğulayacağınız varmı?
- Xüsusilə, turizmin Azərbaycanda da inkişaf etdirilməsi üçün mənim ilk verdiyim töhvələrdən biri turizm təhsil proqramı idi. Bura Türkiyədən mütəxəssisləri gətirərək yüksək səviyyəli beynəlxalq bir oteldə xidmətin necə verilməsini öyrədən bir proqramla təxminən 117 nəfərə təhsil almaq imkanı yaratdıq. Əlbəttə ki, bu proqram Bakı Turizm Universiteti və Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə baş tutdu. Turizm sahəsində gördüyümüz işlərdən biri də Bakıda Beynəlxaq Turizm Sərgisinə partnyor ölkə olaraq qatıldıq. Qeyd edim ki, bu ildə bu prosesə qatılacayıq. Buradakı sərgidə hətta bizə “Ən aktiv işləyən stend” mükafatı verildi. Bir sözlə turizm sahəsini daha çox önə çəkmək əsas amalımız sırasındadır.
Bu tip fəaliyyətləri həyata keçirməyimiz Mədəniyyət və Turizm Nazirliyinin də diqqətini çəkib ki, burada iyun ayında Beynəlxalq Kulturoloqlar Forumu keçirildi və formda bizə sürpriz olaraq Azərbaycanda ən bacarıqlı, ən səmərəli mədəniyyət proqramları həyata keçirən səfirliyin müşavirliyi olaraq Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Şərəf” diplomuyla bizi təltif etdi. Bu bizim üçün sürprizlə bərabər, həm də bizə o cür yüksək bir beynəlxalq platformada, eyni zamanda mədəniyyət sahəsinin ən öndə gedən şəxsləri qarşısında sevindirici bir an yaşatdı. Bu mənim həyatımda heç vaxt unuda bilməyəcəyim bir hadisəyə çevrildi
- Azərbaycan və Türkiyə ədəbiyyatının mübadiləsi istiqamətində necə, layihələrin həyata keçirilməsi planlaşdırılırmı?
- Azərbaycan Milli Elmlər Akademiyası ilə də bir ünsiyyətimiz var. Görüşdük, artıq danışıqlar aparırıq. AMEA-nın Türk xalqları ədəbiyyatı şöbəsi ilə münasibətlərimiz var. Çünki orda türkiyəli ədəbiyyatçıların bir çox əsərlərinin Azərbaycan türkcəsinə rahatlıqla tərcümə olunduğunu söyləyə bilərəm. Mecid Fazil, Yahya Kamal, Əlişir Nəvai, Yunus Əmrə, Nazim Hikmət kimi şairlərin Azərbaycan ləhcəsi və ya şivəsinə çevrilməsi ilə bağlı danışıqlarımız var. Bunlar tamamlandığı zaman bizə ötürəcəklər və biz bunların çapını həyata keçirəcəyik.
- Türkiyəylə bağlı burdakı işlərinizi bildik. Bəs Azərbaycanla bağlı Türkiyədə hansı tanıtım işləri həyata keçirmisiniz?
- Bəli, elə mən özüm də bu məsələyə keçmək istəyirdim. Sualınızla məni qabaqlamış oldunuz. Mən özümü sadəcə Türkiyə mədəniyyət tanıtma müşaviri kimi deyil, eyni zaman da Azərbaycanın da bir mədəniyyət tanıtma müşaviri kimi görürəm. Məsələn, Türkiyənin ən çox izlənilən telekanallarından CNN Türk kanalının mətbəx verilişi olan “Ləzzət durakları” proqramını Azərbaycana gətirdik. Bu veriliş vasitəsilə Azərbaycanın mətbəxi ilə bağlı 10 buraxılış hazırlatdıq və çox gözəl nəticə əldə etdik. Bundan başqa, Mirzə Fətəli Axunzadənin doğum günü ilə əlaqədar keçirilən tədbirlərə Türkiyədən şairlərin və yazarların gəlməsi ilə qatıldıq. Sonra Şəki şəhər bayramına qatılaraq, Şəkinin Konya Meran bələdiyyəsi ilə qardaşlaşmasına öz töhfələrimizi verdik. Bunu qarşılığında da bu yaxınlarda Türkiyədə Konyada bir park açıldı və bu, Şəki-Azərbaycan-Türkiyə dostluq parkı adıyla xidmətə başladı. Və bununla da Azərbaycanın Türkiyədə tanınması üçün bir qatqı vermiş olduq. 2012-ci ili nəzərdən keçirəndə 60-a yaxın layihə həyata keçirdiyimizi demək mümkündür.
- 2013-cü ildə nələr gözlənilir?
- 2013-cü ildə daha fəal iş görəcəyimizi rahatlıqla söyləyə bilərəm. Çox gözəl bir proqramımız var bu il üçün. Yenə tele kanallarda, internet saytlarda, küçə lövhə və monitor reklamlarında işlərimizi davam etdirəcəyik. Bu ildə ötən ildə olduğu kimi artıq 15 martdan etibarən bizim reklam fəaliyyətimizə start veriləcək. Yəni, Azərbaycanda fəaliyyət göstərən bütün kanallarda tanıtım reklam çarxları nümayişə başlayacaq. Reklamlarımız yenə internet saytlarda yer alacaq. Bu başdan demək istəmirəm planlarımızı, qismət olarsa çox mükəmməl layihələrimiz var və onları həyata keçirməyə davam edəcəyik. Aprel və ya may ayının axırlarında Azərbaycanda Türkiyə Mədəniyyət Günlərinin keçirilməsi də bu planlarımıza daxildir.
- 2012-ci ildə Türkiyədə nə qədər azərbaycanlı istirahət edib? Və Azərbaycan Türkiyəyə gələn turist sayı baxımından neçənci yerdə dayanır?
- 2011-ci ildə Azərbaycandan Türkiyəyə 578 min nəfər turist gedib. 2012-ci ilin dekabr ayı istisna olmaqla 11 ay ərzində 547 min civarında turist ziyarət edib. Dekabr ayının da nəticəsi açıqlanandan sonra buradan Türkiyəyə 580 min nəfərin getdiyini gözləyirik. O ki, qaldı neçənci yerdə dayanmaq məsələsinə, bu, o qədər də ürəkaçan bir yer deyil. Çünki ötən il Almaniyadan Türkiyəyə təxminən 4 milyon 800 min turist gəlib. Rusiyadan 3 milyon 500 min nəfər turist gəlir. Düzdür, burda əhali sayı məsələsi də var. Yəni bu amili nəzərə alsaq, bəlkə də normal bir yer tutmasını qeyd etmək mümkündür. Fransadan 1 milyon 100 min, Bolqarıstandan 1 milyon 400 min, Hollandiyadan 1 milyon 200 min, İtaliyadan 700 min, Gürcüstandan 1 milyon 200 min civarında turustlərin gəldiyi halda, Azərbaycanın daha çox üstünlükləri var. Yəni dil problemi yox, din problemi yox, kültür problemi yox, viza problemi yox. Yəni mən belə düşünürəm ki, burdan gedənlər öz ölkəsinə gedirmiş kimi gedəcək.
- Gürcüstandan Türkiyəyə gedən turist sayının çox olmasına səbəb nədir?
- Bu say artımının müşahidə olunması normal haldır. Çünki viza problemi yoxdur, pasport problemi yoxdur. Yəni təsəvvür edin ki, burdan Şəkiyə gedirmiş kimi avtobusa minirsiniz və gedirsiniz. Gürcüstandan da əhali Türkiyənin istənilən bir yerinə bu cür çox asanlıqla gedib-gələ bilir. Həm də Türkiyə Gürcüstanın yeganə çıxış nöqtəsidir. Başqa alternativi yoxdur. Türkiyə tərəfindən də bu cür asan gedib-gəlmə təşkil olununca, onların bu sahədə heç bir əyri-əskikləri olmur.
- Bəzən görürük ki, türk müğənniləri Azərbaycan bəstəkarlarının mahnılarını müəllifin adını çəkmədən, qeyd etmədən oxuyurlar. Ədəbiyyat nümunəıləri, şeirlər var ki, tamamilə adsız oxunur. Bax, bu tip problemlərin aradan qaldırılması üçün hansı işlər görülür? Türkiyə və Azərbaycan arasında əqli mülkiyyətin qorunması, tanınması sahəsində qarşılıqlı bir memerandumun vacibliyinə necə baxırsınız?
- Bunlar olması lazım olan bir amildir. Mənim şəxsi fikrimə görə, haqqı haqqa təslim etmək lazımdır. Yəni bir yazar, bir şair, bir bəstəkar ortaya bir əsər qoyubsa, bundan kim istifadə edirsə, müəllifin adı mütləq çəkilməlidir. Amma xüsusilə də musiqi aləmində bunun qarşısını almaq mümkün deyil. Əlinə bir mikrafon alan müğənni olur və çıxar belə şeylər etməklə məşğul olur və bu tip amillərin fərqinə varmır. Müasir texnologiya, xüsusəndə, kompyuter texnologiyası elə inkişaf edib ki, bu sahədə qoyulan və qoyulacaq qadağa xarakterli qanunlar bu texnologiyalara qalib gələ bilmir. Bu haqsızlıqlarla Türkiyədə də rastlaşanlar var. Bunlar doğru əməllər deyil, amma təəssüf ki, bu Türkiyədə də belədir, Azərbaycanda da belədir. Dünyanın heç bir yerində bu kimi xoşagəlməzliklərin qarşısını almaq mümkün olmur.

Bu xəbər oxucular tərəfindən 1123 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |