Şrift:
Ərtuğrul Özkök ermənidir?
23.01.2013 [16:08] - DAVAMın yazıları
Elnur Eltürk

Türkiyənin ən nüfuzlu "Hürriyyət" qəzetində daha bir tarixi saxtakarlığa imza atıldı. Yenə də bu qəzetdə düşmən dəyirmanına su töküldü. Belə ki, Türkiyənin nüfuzlu yazarı Ərtuğrul Özkök bu günlərdə Mehmet Eli Birandın vəfatı ilə bağlı yazdığı nekroloq tipli yazısında çox böyük səhvə yol verərək, öz dostunun yolunu davam etdirəcəyini bir daha ortaya qoydu.
Yazar məqaləsində Mehmet Ali Birandla birgə günlərini xatırlayaraq, 1989-ci ildə Sumqayıt (maraqlıdır ki, yazar məqaləsində Sumqayıtı Pripyat kimi qələmə verir - E.E) hadisələrini izləmək üçün onunla Azərbaycanda olublar. Guya ermənilərin azərbaycanlılar tərəfindən öldürüldüyünü qələmə alıblar. Bu yerdə yazara "STOP!" demək lazımdır! Burada yazar böyük tarixi yanlışlığa yola verir və qondarma erməni iddialarının yanında olduğunu göstərir.

Ərtuğrul Özkökün diqqətinə çatdırmaq istəyirəm ki, o zaman Azərbaycan Sovetlərin tərkibində idi və bu ssenari sovet xüsusi xidmət orqanlarının dəst-xətti ilə hazırlanaraq ortaya atılmışdı. Məqsəd azərbaycanlıları təxribata çəkmək idi. Öncədən də imkanlı ermənilərə xəbərdarlıq edilmişdi. Məhz buna görə onlar hadisələrin başlanmasına bir neçə ay qalmış banklardan pullarını çıxartmışdılar. Əsas məqsəd isə dünyada məzlum erməni obrazını yaratmaq idi. Erməni lobbisi də hazır vəziyyətdə dayanaraq dünya mediasında bu məsələni öz xeyirlərinə işıqlandırırdılar.

O dönəmdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov və onun yanında olan ermənipərəst siyasətçilər bu işə ürəkdən dəstək verirdilər. Əgər yazar bu qədər obyektivdirsə, 1988-ci ildə Ermənistanda yaşayan öz qanından, canından olan Azərbaycan türklərinin öz dədə-baba torpağlarından didərgin salınması haqda heç bir şey yazmır. Hörmətli Özkök Anadoluda tapılan toplu türk məzarlıqlarını nədən yaddan çıxarır?

Elə yaxın tariximizdə Ermənistanın Qarabağda və Xocalıda (1992-ci il) törətdiyi soyqırımlar yaddan çıxmamalıdır. Günahsız körpələri süngülərə keçirirək qətlə yetirənləri məzlum erməni kimi qələmə vermək xəyanətdən də dəhşətdir. Yazarın diqqətinə onu da çatdırmaq istəyirəm ki, bu gün Ermənistanda bir dənə olsun türk yaşamır. Monoetnik sistem üzərində qurulan Ermənistan şovinist siyasət yürütməkdədir. Bunları qələmə almaq lazımdır. Onsuz da bilirik ki, Ərtuğrul Özkök heç bir zaman Azərbaycana qarşı yaxşı münasibətdə olmayıb və bütün yazı və düşüncələri erməni dəyirmanına xidmət etməyə hesablanıb.
Maraqlıdır ki, onun nekroloq həsr elədiyi şəxsin özü də ermənilərlə fəxr edən və əgər erməni kimi dünyaya gəlsəydi, onunla qürur duyacaq bir insan idi. Sevindirici hal odur ki, bu gün qardaş ölkədə Azərbaycanı müdafiə edən və onun haqlı səsinin yanında duran insanlar var və öz etiraz səslərini qaldırırlar.

Türkiyə-Azərbaycan parlamentlərarası Dostuq Qrupunun üzvlərindən biri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbuldan olan millət vəkili Ali Özgündüzlə söhbətimizdə Ərtuğrul Özkökə sərt şəkildə etirazını bildirdı: "Türk mətbuatında çıxan bu tipli yazılar erməni diasporasının qara təxribatı və ya cəhalətlə bağlı olan yazılardır. Bütün dünya bilir ki, Ermənistan silahlı qüvvələri rus ordusunun dəstəyi ilə Azərbaycan torpaqlarında soyqırımlar törətmişlər. Bunun ən bariz nümunəsi Xocalıda yaşanan hadisədir. Bu gün Azərbaycanın qədim torpaqlarının 20 faizi işğal altındadır. Ertuğrul Özkökün yazısında qeyd etdiyi məsələlər ermənilərin hücumlarına qarşılıq olaraq verilən hadisələr olub. Bu hadisələrin də əsas səbəbkarı cinayətkar erməni dəstələri olub və sonradan da istintaq bunu sübut etdi".
Millət vəkili onu da xatırlatdı ki, yazıda qeyd edilən Pripyat Azərbaycanda deyil, Ukraynada olan bir şəhərdir: "Bu, bir daha Ertuğrul Özkökün savadsızlığını ortaya qoyur və bu şəhərdə ermənilərin qətl edildiyini yazır. Son zamanlar bu tipli yazılar Azərbaycan əleyhinə sistemli və bilərəkdən yazılmaqdadır. Məqsəd isə türk ictimaiyyətində məzlum erməni obrazını yaratmaqla, cəmiyyətdə müsbət imic formalaşdırmağa xidmət etməkdir".

Bu gün bəzi türk yazarlarını gözlərini açaraq Azərbaycan məsələsinə obyektiv yanaşmğa səsləyirəm. Axı tarixi saxtalaşdırmaq və ona don geyindirmək həqiqət azadlığına kor baxmaq deməkdir.
Bu xəbər oxucular tərəfindən 1081 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed