Şrift:
"DAVAM" QƏZETI SATIŞDA
20.09.2011 [15:46] - Gündəm, Özəl xəbər
20 sentyabr tarixində "Davam" qəzetinin növbəti sayı dərc olundu.
Yeni formatda nəşrlərinin davamına başlayan "Davam" qəzeti həftəlik dərc ediləcək.
Fəaliyyətimizdə millətçilik, vətənçilik, dövlətçilik, öncüllük və əxlaq prinsiplərini rəhbər tutulacaq.
Yalan xəbərə qarşı gerçəkləri yazmaq və ictimai maarifləndirməyə xidmət etmək qəzet olaraq əsas prinsiplərimiz olacaq. Informasiya əsrində təkləndiyimiz bir vaxtda vətənimizin hər yerindən gerçək xəbərləri yaymaq, millətimizə qarşı mövcud basqılar altında isə millətimizin haqq səsini çatdıracağıq.
Yuxarıda qeyd etdiyimiz prinsiplər çərçivəsində ölkəmizin bütün təbəqələrinin tribunasına, fikir meydanına çevrilməyə çalışacağıq.

Qeyd edək ki, qəzet Ədliyyə Nazirliyinin mətbu nəşrlərin reyestrinə 3300 sayı ilə daxil edilib. Təsisçisi Mətin Quliyev, Baş redaktoru isə Həbib Ələkbərsoydur.
"DAVAM" QƏZETI SATIŞDA
Bu xəbər oxucular tərəfindən 3231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed