Şrift:
İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək
01.02.2023 [10:09] - Gündəm, Bildiriş
2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək.

Gənclər və İdman Nazirliyindən bildiriblər ki, fevralın 1-də Qoşa qala meydanında gerçəkləşəcək tədbir saat 10:00-da başlayacaq və 17:00-dək davam edəcək.

Yarmarka nazirlik və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən “Gənclər evi” sosial xidmət müəssisələri tərəfindən həyata keçirilən müxtəlif fəaliyyətlərin ictimaiyyətə yaxından tanıdılması, habelə yaradıcı və fiziki məhdudiyyətli gənclərin iştirakı ilə onların hazırladıqları əl işlərinin sərgi-satışı, bir sözlə, inklüzivliyin təmin edilməsi məqsədilə keçirilir.

Eyni zamanda yarmarkada bir-birindən maraqlı və müxtəlif məzmunlu yarışlar olacaq. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar. Yarmarkada Gənclər evlərinin istedadlı gənclərinin iştirakı ilə maraqlı musiqi nömrələri təqdim ediləcək.
Bu xəbər oxucular tərəfindən 1395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed