Şrift:
Azərbaycan nefti ucuzlaşıb
01.02.2023 [10:14] - Gündəm, İqtisadiyyat
Yanvarın 31-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,26 dollar ucuzlaşaraq 87,53 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,15 dollar ucuzlaşaraq 85,55 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,38 dollar ucuzlaşaraq 47,33 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti yanvarın 31-də 0,41 dollar ucuzlaşaraq 84,22 dollar olub.
Bu xəbər oxucular tərəfindən 441 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed