Şrift:
Rusiya XİN rəsmisi Azərbaycan səfiri ilə Bakı-İrəvan münasibətlərinin normallaşması məsələsini müzakirə edib
01.02.2023 [10:29] - Gündəm, Siyasət
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin və Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu arasında bazar ertəsi keçirilən görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının perspektivləri, həmçinin, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin reallaşması kontekstində Moskva və Bakı arasında əməkdaşlıq müzakirə olunub.

Bu barədə Rusiya XİN-in məlumatında deyilir.

"Danışıqlar zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının reallaşdırılması kontekstində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə, həmçinin, bir sıra aktual beynəlxalq və regional süjetlərə, o cümlədən, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşması əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının perspektivlərinə toxunulub", - Rusiya XİN-in məlumatında qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 468 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed