Şrift:
Milli valyutanın transsərhəd daşınmasının dayandırılmasına dair qaydalar hazırlanacaq - FƏRMAN
01.02.2023 [10:32] - İqtisadiyyat
Milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydalar hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair qaydaları dörd ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Nazirlər Kabineti 2 ay müddətində həmçinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin informasiya sistemlərinin (ehtiyatlarının) Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiyasını beş ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bu xəbər oxucular tərəfindən 450 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed