Şrift:
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı Koordinasiya Şurası yaradılacaq
01.02.2023 [10:33] - Xəbərlər, Siyasət
Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində Koordinasiya Şurası yaradılacaq.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda əksini tapıb.

Trend xəbər verir ki, Fərmana əsasən, Nazirlər Kabineti iki ay müddətində:

- Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməli;

- yüksək riskli zonaların müəyyən edilmə əsaslarını, yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- maliyyə monitorinqi orqanına təqdim edilən məlumat və sənədlərin tərtib olunma formasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasını yaradıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının iş qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed