Şrift:
Məbləği 15 min manatdan artıq olan daşınar əmlaklar nağdsız qaydada alınacaq
01.02.2023 [10:35] - Gündəm, İqtisadiyyat
Ümumi məbləği 15 min manatdan artıq olan daşınar əmlakın alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə sərəncam imzaladığı “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə əksini tapan yeni - 3.4.16-cü maddədə qeyd edilib.

Qanuna əsasən, rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği 15 min manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Bu Qanun 2023-cü il fevralın 1-dən qüvvəyə minir.
Bu xəbər oxucular tərəfindən 453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed