Şrift:
Fərəc Quliyev:Bu hadisələr İran təcrübəsində ilk deyil
02.02.2023 [13:26] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Xatırlayırsınızsa ötən ilin avqust ayında Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qaldı. O zaman həmin dini qruplaşma səfirlik binasına daxil olaraq, dini şüarlar səsləndirib əllərində müxtəlif dini bayraqlar tutmuşdular.
Sonradan məlum oldu ki, onlar “Mehdinin xidmətçiləri ittifaqı” (“The Mahdi Servants Union”) dini qruplaşmasının üzvləridir. Hətta iddia edilirdi ki, güya qrupun lideri Yser Əl Həbibi İranla düşmənlik edir, Xamneyiyə qarşı çıxır. Təbii ki bu, baş verən hadisədə İranın rolunun olmadığını göstərmək üçün ortaya atılan iddia idi. Amma London polisi İran polisindən fərqli olaraq, hadisəyə müdaxilə edə bildi və qrup üzvlərini binadan çıxardı, çünki ora İran deyildi...yəni, öz terror əməlini öz əyalətində gözəlcə sərgiləmə imkanı olmadı. Qeyd edək ki, hadisə zamanı səfirlik nümayəndələrinə də xəsarət yetirilmədi.

Çünki bilirdilər ki, ora İran olmadığı üçün terrorçu dəstənin üzvləri ələ keçərsə, hər-hansı psixi xəstəlik adı altında həbsə atılıb, cinayətdən boyun qaçıra bilməyəcəklər, amma mahiyyət eyni idi.

Eyni yerdən edilən sifariş, eyni məqsəd!

“Milli Dirçəliş Hərakatı”Partiyasının sədri Fərəc Quliyev bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran tərəfindən həm Londonda, həm də Tehranda törədilən hadisələr dövlət siyasətinin mütləq hissəsidir. İran terrorçu dövlətdir. Quliyevin fikrincə, bu hadisələr İran təcrübəsində ilk deyil. Başqa dövlətlərə qarşı da eyni şəkildə davranıblar. Amma bizə qarşı belə davranışların səbəbi ümumiyyətlə Azərbaycan Respublikasının mövcudluğunu istəməmələrindən irəli gəlir.

“Bunların Bakıda səfirlikləri var. Düşünün ki, onun üzərində İranın Azərbaycandakı səfirliyi yazılmalıdır. Amma onun üzərində İranın Bakıdakı səfirliyi yazılıb. Hətta Azərbaycan sözünü eşitmək belə istımirlər. Dəfələrlə ərazi iddiaları qaldırıblar. 44 günlük müharibə zamanı da, ondan əvvəl də, sonrakı dönəmdə də Azərbaycana münaisbətləri ortada olub”. Politoloqun sözlərinə görə, Tehrandakı Azərbaycan səfirliyinə hücum Azərbaycanın İsraildə səfirlik açdığına görə yaranan qıcıqdan qaynaqlanır. Eyni zamanda Güney Azərbaycanda olan Azərbaycan türklərinin güvən yeri olan Azərbaycanı aşağılamaq, gözdən salmaq məqsədi daşıyır.

“Demək istəyirlər ki, bax biz hücum edirik. Cənubi azərbaycanlılar Şimali azərbaycanlılara inanmayın, onlar özlərini belə müdafiə edə bilmirlər. Xatırlayırsınızsa, sosial şəbəkələrdə də belə bir çağırışları olmuşdu ki, əgər İran ərazisindən tırlar keçərsə, Naxçıvana gedən tırlardan söhbət gedirdi, onlar azərbaycanlı sürücüləri qətlə yetirəcəklər. Səfirliyimizə, konsulluğumuza hücumlar haqqında ultimatum vermişdilər. Həm də camaatın gözünü qorxutmaq istəyirlər. Başqa bir məqsəd isə Şimali və Cənubi Azərbaycan arasındakı əlaqələrə təsir etmək istəyindən irəli gəlir. Partiya sədri sonda qeyd edib ki, Londondakı səfirliymizə edilən hücumla Tehran səfirliyinə edilən hücumlar bir-birilə tamamilə bağlıdır. Eyni siyasətin tərkib hissəsidir".

P.S. İran terror ölkəsidir. Din adı altında gizlənən, “Allahu Əkbər” deyib, yaradanı öz əməlinə pərdə çəkmək üçün istifadə edib, qan tökən terrorçuların ölkəsi. İran dünyanın ilhatblı yarasıdır. Yaxınlarına çirkini tökür, uzaqlara isə qoxusunu ötürür. Bu yaranın sağalması mümkün olmadığı üçün, yara yeri təmizlənməlidir!

İradə Cəlil, Bizimyol.info
Bu xəbər oxucular tərəfindən 519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed