Şrift:
“Barselona” "Sevilya"ya üç cavabsız qolla qalib gəlib
06.02.2023 [10:30] - Gündəm, İdman
“Barselona” İspaniya çempionatının 20-ci turu çərçivəsində səfərdə “Sevilya” ilə qarşılaşıb.

Kataloniya klubu 3:0 hesabı ilə qalib gəlib. Oyunda Alba, Qavi və Rafinya fərqləniblər.

Bu qələbə ilə xalını 53-ə çatdıran Xavinin baş məşqçisi olduğu lider komanda ən yaxın izləyicisi "Real"la xal fərqini 8-ə yüksəldib. Madrid klubu 45 xalla 2-ci pillədə qərarlaşıb. "Real Sosyedad" 39 xalla 3-cüdür.
Bu xəbər oxucular tərəfindən 614 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed