Şrift:
ATƏT-in sessiyasına Rusiya nümayəndə heyəti də qatılacaq
07.02.2023 [10:16] - Gündəm, Siyasət
Fevralın 23-24-də Vyanada keçiriləcək ATƏT Parlament Assambleyasının (PA) sessiyasında Rusiya nümayəndə heyəti də məhdud sayda iştirak edə bilər.

Avstriya Xarici İşlər Nazirliyinin sözçüsü Antonia Praun sessiyada iştirak üçün ölkəsinin Rusiyaya məhdud sayda viza verməyə hazır olduğunu bəyan edib.

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov bir müddət əvvəl Rusiya nümayəndə heyətinin ATƏT PA-nın Vyanada keçiriləcək sessiyasında iştirak edəcəyini bildirib.

“Biz Avstriya tərəfdən qarantiya aldıq ki, onlar bizim səfəri təmin edəcəklər, bu, ATƏT PA-nın qaydalarına uyğundur. Onlar Rusiya nümayəndə heyətinin bütün üzvlərinin, eləcə də Belarus nümayəndə heyətinin üzvlərinin gediş-gəlişini təmin edəcəklər”, - deyə o bildirib.

Onun sözlərinə görə, hazırda rusiyalı deputatlar viza alır və səfərə hazırlaşırlar.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed