Şrift:
Beş boksçumuz “Qızıl kəmər” seriyasının yarımfinalında mübarizə aparacaq
07.02.2023 [10:27] - Gündəm, İdman
Mərakeşdə boks üzrə “Qızıl kəmər” seriyası çərçivəsində keçirilən turnirdə dörddəbir final mərhələsinə yekun vurulub. Azərbaycan millisinin daha 2 üzvü yarımfinala vəsiqə qazanıb.

Məsud Yusifzadə (51 kq) Duqlas Trindade (Braziliya) ilə qarşılaşıb. Rəqib ilk raundda boksçumuza başı ilə zərbə endirdiyindən diskvalifikasiya olunub. M.Yusifzadə yarımfinalda Martin Molina (İspaniya) ilə üz-üzə gələcək.

Ümid Rüstəmov (57 kq) da rinqdən qalib ayrılıb. O, Jan Kaysedonu (Ekvador) mübarizədən kənarlaşdırıb – 4:1. Boksçumuz yarımfinalda italiyalı Françesko İozia ilə döyüşəcək.

Hər iki boksçumuz yarımfinala yüksəlməklə, özləri üçün bürünc medalı da təmin edib. Bununla da bu mərhələdə mübarizə aparacaq millimizin üzvlərinin sayı 5-ə çatıb. Finala gedən yolda Nəbi İsgəndərov (67 kq) Abdulhakim Akramla (Seyşel adaları), Sərxan Əliyev (71 kq) Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) ilə və Alfonso Dominqes (86 kq) Endi Lesmeslə (İspaniya) gücünü sınayacaq.

Qeyd edək ki, bu gün Sərxan Əliyev rinqə çıxacaq.
Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed