Şrift:
Prezident İlham Əliyevin tapşırığı ilə növbəti yardım təyyarəsi Türkiyə göndərilib
07.02.2023 [10:34] - Xəbərlər, Gündəm
Prezident İlham Əliyevin tapşırığı ilə növbəti yardım təyyarəsi Türkiyə göndərilib.

Yardım mobil səhra hospitalı və 41 nəfərdən ibarətdir.

Təyyarə Türkiyənin Adana şəhərinə eniş edəcək.

İkinci yardım təyyarəsi isə yaxın saatlarda yola salınacaq.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində ölənlərin sayı 2921-ə çatıb, daha 15 834 nəfər yaralanıb.
Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed