Şrift:
AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başlayıb
08.02.2023 [10:08] - Gündəm, Bildiriş
Zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın Türkiyəyə və geri gələn sərnişinlərinə aviabiletlərin dəyərinin cərimə tətbiq edilmədən tam qaytarılmasına və ya ödənişsiz yenidən bronlaşdırılmasına icazə verilir.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Malatya, Diyarbəkir, Mardin, Batman, Ərzurum, Ərzincan, Sivas, Şırnak, Siirt, Van, Muş, Bingöl, Ağrı, İğdır, Adana, Qars, Rizə, Trabzon, Giresun, Ordu, Samsun, Tokat, Merzifon, Kayseri, Adıyaman, Hatay, Elazığ, Nevşehir, Kastamonu və Sinop şəhərlərində baş vermiş zəlzələ səbəbindən Ankara, İstanbul, İzmir və Antalyanın beynəlxalq hava limanlarına reys yerinə yetirən AZAL və “Buta Airways”in fevralın 6-dək əldə edilmiş uçuş tarixi fevralın 6-dan 21-dək olan aviabiletlərinin, 31 mart 2023-cü il daxil olmaqla, “involuntary” proseduru çərçivəsində geri qaytarılması və istənilən digər tarixlərə yenidən bron edilməsi təmin olunur.
Bu xəbər oxucular tərəfindən 1707 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed