09.02.2023 [10:08] - Türk dünyası-Turan, Sağlıq
Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və türkiyəli həmkarı Fahrettin Koca arasında telefon danışığı olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, telefon danışığı zamanı Teymur Musayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini türkiyəli həmkarının diqqətinə çatdırıb.
Nazir bildirib ki, həmin məqsədlə ümumilikdə tibb müəssisələrində iki min çarpayı ayrılıb. Ehtiyac olduğu təqdirdə, azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır.
Teymur Musayev yaralıların tezliklə sağalmasını arzulayıb və həlak olmuş şəxslərin ailələrinə Allahdan səbir diləyib.

Bu xəbər oxucular tərəfindən 3602 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |