Şrift:
Rusiyanın Qarabağ ətrafında növbəti oyunu
24.01.2013 [15:18] - Gündəm, Siyasət
Qabil Hüseynli: «Moskvanın avantürası açıq-aşkar beynəlxalq skandalla nəicələnə bilər»

Fikrət Sadıqov: «Azərbaycan Ermənistanın nazı ilə çox oynayır»

Natiq Miri: «Azərbaycanı qıcıqlandırmaq, bu yolla təzyiq etmək və razı salmaq istəyirlər»

Ermənistanın «News.am» saytı Rusiya mətbuatına istinadən Xankəndi aeroportu ilə bağlı məqalə yayıb. Məqalədə Xankəndi aeroportu ətrafında yaranan qalmaqaldan söhbət açılır. Məqalə müəllifi Rusiya əsgərlərinin Xankəndi aeroportundan havaya qalxacaq təyyarələri «qorumaq» bəhanəsilə Qarabağa yeridiləcəyini bildirir. Müəllif bunun üçün hüquqi bazanın da mövcudluğuna diqqət çəkir.
Məqalədə iddia olunur ki, artıq Rusiyanın başçılıq etdiyi KTMT təşkilatı ilə BMT arasında sülhməramlı əməliyyatların həyata keçirilməsinə dair razılıq əldə olunub, «Ehtimal edilir ki, KTMT bu cür sülhməramlı əməliyyat bəhanəsi ilə qoşunlarını Dağlıq Qarabağa yeridəcək. Yazıda Rusiyanın «Nezavisimaya qazeta» nəşrinin şimal qonşumuzun Dağlıq Qarabağda müharibə ehtimalı ilə əlaqədar özünün və Cənubi Qafqazdakı müttəfiqinin hərbi gücünü artırdığına diqqət çəkməsi də xüsusilə vurğulanır. Bundan başqa məqalədə artıq Qərb ölkələri ilə Rusiya arasında Xankəndi aeroportundan müştərik istifadəyə dair razılıq əldə edildiyi də qeyd edilir.
Qeyd edək ki, Azərbaycandakı bir çox siyasi icmalçılar da Rusiyanın Xankəndi hava limanı ilə bağlı məsələyə birbaşa müdaxilə etməsi ehtimalına fikir bildiriblar. Onlar KTMT ilə Qərb arasında aeroportdan birgə istifadə edilməsi barədə razılıq əldə edilməsi xəbərlərinə də münasibət bildiriblər.
Politoloq Qabil Hüseynli qeyd edib ki, Rusiya son zamanlar Azərbaycana qarşı xüsusi təxribatlar hazırlayır: «Bu təxribatların bəziləri açıqdan-açığa, bəziləri isə gizlində həyata keçirilir. Nəzərinizə çatdırım ki, yeni istifadəyə verilmiş Xankəndi aeroportundan artıq sınaq uçuşu da həyata keçirilib. Həmin uçuş zamanı təyyarəni Rusiyada dislokasiya edilmiş qırıcı təyyarələr müşayiət edib. Rusiya ümumilikdə bölgədə hərbi varlığını göstərmək üçün istənilən bəhanədən istifadə etməyə hazırdır. Mən Rusiyanın Xankəndi aeroportu ətrafında yaranan beynəlxalq qalmaqaldan istifadə edərək Qarabağa sülhməramlılarını yerləşdirəcəyi versiyasına inanıram. Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara şikayət etməlidir. Rusiyanın bu addımı açıq-aşkar beynəlxalq skandalla nəicələnə bilər. Bundan başqa bunu da unutmaq olmaz ki, Rusiya Qəbələ RLS-ə görə, Azərbaycanda qisas almağa başlayıb. Bu addımı da həmin qisas tədbirlərinin tərkib hissəsi kimi qəbul etmək olar. Rusiya Rusiya Xankəndidən uçacaq təyyarələrin təhlükəsizliyi üçün addımlar atacaq. Bu şəksizdir».
Politoloq Tofiq Abbasov isə bildirib ki, bu cür məlumatlar ilk növbədə Azərbaycanın hansı addımı atacağını müəyyənləşdirməyə hesablanıb: «Rusiya mətbuatında yer almış bu tipli materiallar təxribat xarakterlidir. Bu cür xəbərlərlə Azərbaycanı tutduğu yoldan asanlıqla çəkindirmək mümkünsüzdür. Bu cür məlumatlarla regiondakı real vəziyyəti dəyişmək mümkün deyil».
Politoloq Fikrət Sadıqov isə deyib ki, Azərbaycan Ermənistanın işğalı altında olan ərazilərimizdə qanunsuz şəkildə hava limanı istifadəyə verilməsinə eiraz edir: «Rəsmi Bakı beynəlxalq hüquqa istinad edir. Azərbaycan artıq Ermənistanın nazı ilə çox oynayır. Biz öz hava məkanımızı kənar qüvvələrdən müdafiə etməliyik və düşünürəm ki, edəcəyik də… Bunun KTMT-yə və Ermənistanla Rusiya arasındakı hərbi öhdəliklərə heç bir aidiyyəti yoxdur. O ki, qaldı Rusiyanın açıq şəkildə Dağlıq Qarabağa sülhməramlı qoşunlar yeritməsinə, düşünürəm ki, Rusiya buna getməz. Baxmayaraq ki, Rusiyada bəzi şovinist qüvvələrin bu addım ürəyincə olardı».
Politoloq Natiq Mirinin fikrincə isə bu, ermənilərin və havadarlarının ortaya atdığı bir oyundur: «Azərbaycanı qıcıqlandırmaq, bu yolla təzyiq etmək və razı salmaq istəyirlər. Artıq bu yöndə psixoloji savaşın başladığını demək olar. Amma boş şeydir. Kimsə öz ordusunu Azərbaycanın icazəsi olmadan onun ərazisinə yeridə bilməz. BMT-nin razı olması arqumenti isə heç bir əsası olmayan fərziyyədir. Düzdür, KTMT-nin Ermənistanla qarşılıqlı öhdəliyi var, amma bunun Azərbaycanla bağlı məsələyə heç bir aidiyyatı yoxdur. Qarabağ Azərbaycan torpağıdır və bu gerçəklik dünya dövlətləri, eyni zamanda BMT tərəfindən qəbul olunur».
Politoloq Rüstəm Şahsuvarov da erməni mətbuatının iddialarına inanmadığını deyib: «Mətbuatdan göründüyü kimi, Rusiya hazırda Dağlıq Qarabağda hansısa qoşun hissələrinin yerləşdirilməsini planlaşdırmır. Həm də ki, Rusiya-Azərbaycan münasibətləri elə gərgin deyil ki, Moskva ölkəmizə qarşı belə bir addımı atmış olsun və rəsmi Bakı ilə Azərbaycan ərazisində baş verən hansısa hadisələr və ya proseslər haqqında məsləhətləşmədən birtərəfli addımlar atsın. Əlbəttə, Rusiyada və digər olkələrdə (o cümlədən ABŞ, Fransa, Böyük Britaniya və s.) Azərbaycanı sevməyən qüvvələr var, habelə erməni lobbisi çox yerdə var və öz işini görməkdədir. Amma mən inanmıram ki, Rusiya rəsmi dövlət səviyyəsində Azərbaycana qarşı bu cür addımı atsın».
Türkiyəli politoloq Coşkun Topal isə bildirib ki, Qafqaz bölgəsi, tarixən böyük güclər arasındakı rəqabətə səhnə olub: «19 əsrdə Qafqazı işğal edən Rusiya təxminən 2 əsr sonra bölgədəki mövqelərini ciddi şəkildə itirsə də reallıqlarla barışmaq niyyətində deyil. Regionda nüfuz mübarizəsi ümumən yumşaq güc siyasətinə söykənsə də, arxasında hərbi gücün olması qaçılmazdır: «Cənubi Qafqaz bölgəsində hələ də dondurulmuş problemlər var. Başda Qarabağ məsələsi olmaqla bölgədəki dondurulmuş münaqişələr diplomatik yollarla həll edilməsə son mərhələdə hərbi güc variantı reallaşa bilər. Necə ki Rusiya, 2008-ci ildə Gürcüstana müdaxilə etdi və ardınca Abxaziya və Cənubi Osetiyanı tanıdı».
Politoloq Elşən Həsənov isə bildirib ki, Rusiya heç vaxt Dağlıq Qarabağ ərazisinə sülhməramlı qüvvə yerləşdirə bilməz: «Bu beynəlxalq hüquq normalarına ziddir. Moskva bu riski edə bilməz. Çünki bölgədə bir çox dövlətlərin, xüsusilə ABŞ-ın, Avropanın və Türkiyənin maraqları var, beynəlxalq birlik var. Düzdür, Rusiya açıq-aşkar Ermənistanı dəstəkləyir. Amma daha bu qədər də ola bilməz».

Cavid
Bu xəbər oxucular tərəfindən 1105 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed