Şrift:
Azərbaycan və Türkiyə teleradio kanalları yardım kampaniyası çərçivəsində ortaq yayım edəcəklər
15.02.2023 [10:32] - Gündəm, Türk dünyası-Turan
Fevralın 15-də axşam saatlarında Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım edəcəklər.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Türkiyənin zəlzələ baş verən bölgələrində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı yardım kampaniyası eyni vaxtda canlı yayımlanacaq.

Yardım kampaniyası yerli vaxtla saat 20:00-da başlayacaq, yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl Ay” cəmiyyətinin hesabına köçürüləcək.
Bu xəbər oxucular tərəfindən 1302 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed