Şrift:
UEFA Çempionlar Liqası: “Bavariya” və “Milan” qalib olub
15.02.2023 [10:34] - Gündəm, İdman
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start verilib.

İlk oyun günündə iki qarşılaşma olub.

Fransada PSJ-nin qonağı olan Almaniya "Bavariya"sı minimal hesablı qələbə qazanıb. Yeganə qolu 53-cü dəqiqədə Kinqsli Koman vurub. Əsas vaxtın sonuna əlavə olunmuş 2-ci dəqiqədə qonaqların müdafiəçisi Benjamin Pavar ikinci sarı vərəqəni alaraq meydandan çıxarılıb. Gecənin digər oyununda isə "Milan" İtaliyada İngiltərə "Tottenhem"inə eyni hesabla qalib gəlib. Meydan sahiblərindən 7-ci dəqiqədə Brahim Dias fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab oyunları martın 8-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed