25.01.2013 [09:42] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Azərbaycana qarşı hazırlanan hesabatlar “xristian klubu”nun türk dünyasına qarşı apardığı siyasətin tərkib hissəsidir” “Amnesty İnternational” və digər beynəlxalq təşkilatların Azərbaycana qarşı hazırladığı qərəzli hesabatların arxasında hegemion dövlətlərinin çirkin məqsədləri dayanır”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev söyləyib. Xatırladaq ki, “Amnesty İnternational” beynəlxalq təşkilatı son illər Azərbaycan [...]
Fərəc Quliyev: “Azərbaycana qarşı hazırlanan hesabatlar “xristian klubu”nun türk dünyasına qarşı apardığı siyasətin tərkib hissəsidir”
“Amnesty İnternational” və digər beynəlxalq təşkilatların Azərbaycana qarşı hazırladığı qərəzli hesabatların arxasında hegemion dövlətlərinin çirkin məqsədləri dayanır”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev söyləyib.
Xatırladaq ki, “Amnesty İnternational” beynəlxalq təşkilatı son illər Azərbaycan hakimiyyətinin əleyhinə kəskin hesabatlar yayaraq, ölkədə insan və mülkiyyət hüquqlarının pozulduğu, söz və mətbuat azadlığına manelər yaradıldığı iddiaları ilə çıxış edir. İqtidar təmsilçiləri qurumun hesabatlarını qərəzli adlandırsalar da, adıçəkilən təşkilat bunu təkzib edir. Daha bir maraqlı məqam isə “İnsan Haqları Uğrunda” İctimai Birliyin Almaniyada insan hüquqlarının pozulmasına dair məlum hesabatı ilə bağlı oldu. Dünyanın demokratikləşməsi istiqamətində fəaliyyət göstərdiyini deyən “Amnesty İnternational” təşkilatı Almaniyanın tənqid olunmasına dözə bilmədi. Hakimiyyəti ittiham edən qurumun Azərbaycan təşkilatının yaydığı hesabatla bağlı narahatlıq keçirməsi onların həqiqətən də bəlli dairələrə xidmət etdiyi faktını ortaya qoydu.
Millət vəkili Fərəc Quliyev hesab edir ki, bu gün türk dünyasına, xüsusən də Türkiyə və Azərbaycana qarşı aparılan qərəzli və düşünülmüş bir siyasətdir: “Burada yeganə məqsəd Türkiyə və Azərbaycanın Avropaya inteqrasiyasına imkan verməməkdir. Son illər türk dünyasına daxil olan ölkələr, xüsusən də Türkiyə və Azərbaycan sürətlə inkişaf edir. Hər iki ölkə dünyada gedən iqtisadi və siyasi hadisələrə təsir imkanları qazanır. Belə bir vəziyyət isə dünya hegemonlarının maraqlarına cavab vermir. Onlar hər vəchlə bu iki türk dövlətini gözdən salmağa, ləkələməyə çalışırlar. Düşünürəm ki, Azərbaycana qarşı hazırlanan hesabatlar “xristian klubu”nun türk dünyasına qarşı apardığı siyasətin tərkib hissəsidir”.
Millət vəkili “İnsan Haqları Uğrunda” İctimai Birliyin Almaniyada insan hüquqlarının durumuna dair açıqladığı hesabata Almaniya hökumətinin “Amnesty İnternational” vasitəsilə cavabını da onların ifşası kimi qiymətləndirir: “Bu gün Avropada bir iqtisadi və siyasi böhran yaşanır. Müstəqil bir Azərbaycan təşkilatı bunu hesabat şəklində yayırsa, onların təbirincə desək, buna dözümlü yanaşmaq lazımdır. Amma nə baş verir? “İnsan Haqları Uğrunda” İctimai Birliyin yaydığı hesabata ilk reaksiya “Amnesty İnternational”dan gəlir. Bütün bunlar həmin qurumun bəlli dövlətlərin maraqlarına xidmət etdiyi və onların sifarişlərini icra etməsi haqqında iddiaların təsdiqi rolunda çıxış edir”.
Azər Niftiyev, Editor.az

Bu xəbər oxucular tərəfindən 1418 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |