16.02.2023 [13:14] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“İran və Azərbaycanın hər ikisi sahilyanı dövlət olmaqla Xəzər dənizində də dəniz mübahisəsi var və İran Azərbaycan sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirib”.
Bu barədə “The Quint” nəşri yazıb. Nəşrin məlumatında qeyd edilir ki, 2020-ci il müharibəsində qələbə həm də o demək idi ki, Ermənistanla həmsərhəd olan bəzi rayonlar indi onun Azərbaycanla sərhədinin bir hissəsinə çevrilib. Bunun Ermənistanla həmişə yaxşı, dostluq münasibətləri quran Tehran üçün böyük təsirləri var.
“Bakı Azərbaycanı Ermənistanın İranla həmsərhəd cənub bölgəsi vasitəsilə Azərbaycanın Ermənistanın qərbindəki Naxçıvan anklavına və oradan Ermənistanın sərhəd nəzarəti olmadan Türkiyəyə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasına ümid edir. O, Orta Asiyanı Aralıq dənizi regionuna birləşdirən, Azərbaycandan keçən başqa bir marşrut açacaq, ona həm tranzit nəzarəti, həm də marşrut üzərində hüquqlar verəcək. Azərbaycan bu əraziyə nəzaərt edəcək. İran 2020-ci ildən bəri regionda beynəlxalq sərhədlərdə hər hansı dəyişiklik olacağı barədə xəbərdarlıq edir”-deyə qeyd edən nəşr bu məsələlərin İran -Azərbaycan müharibəsinə zəmin yaradacağını hesab edir.
“Milli Dirçəliş Hərəkatı” Partiyasının sədri Fərəc Quliyev Bizimyol.info xəbər portalına məsələni şərh edərkən bildirib ki, İran Azərbaycan dövlətinin ümumiyyətlə mövcud olmamasını arzulayır. İran ən yaxşı halda “zəif Azərbaycan” dövlətinin olmasında maraqlıdır.
Loqistik imkanları dəyərləndirdiyi müddətdə Zəngəzur dəhlizi açılarsa da, Azərbaycan xeyli güclənəcək. Həm tranzit nəzarət məsələsi, həm karbohidrogen ehtiyatlarının müxtəlif yerlərə transferinin asanlaşması, Azərbaycanın varlanması, buradan keçən dövlətlərin tranzit yüklərinin nəzarət altında saxlanılması, həmin dövlətlərə siyasi təsir rıçaqlarının artması və s. bütün bunlar Azərbaycanı qüvvətləndirən amillər olduğu üçün İrana sərf etmir. İran öz maraqlarından çıxış edir.
“Zəngəzur dəhlizi açılmadığı halda İran ərazisindən keçən TIR-lar ona yol haqqı, tranzit haqqı verirlər. Rusiya sanksiyalar altında olduğu üçün Şərq-Qərb dəhlizi işləmir. İran da sanksiyalar altındadır, güvənilən dövlət deyil. Bir Azərbaycandan keçən orta dəhliz qalır. Bu da demək olar ki, siyasi baxımdan Avropa və Asiya ölkələrində Azərbaycanın nüfuzuna təsir edəcək. Çünki iqtisadi rıçaqlarla siyasi mövqelərin möhkəmləndirilməsinin alternativi yoxdur. Bu, çox ciddi məsələdir. Artıq dünya hərbi bazalarla deyil, bazarlarla hegemonluq etmək xəttini üstün tutur”-deyən partiya sədri bildirir ki, İranın bu maraqları Ermənistan sevgisindən deyil. Sadəcə olaraq İran Türkün düşmənləri ilə dost olur. Ermənistan Türkiyəyə və Azərbaycana qarşı olduğu üçün Ermənistanı əzizləyirlər. Öz maraqları olduğu zaman isə, Ermənistanı saymırlar.
“Zəngəzur dəhlizi məsələsində alternativ olaraq, xətti İrandan 5 km artırmaqla keçirmək məsələsinə İran razılaşdı. Yəni onlar Ermənistan maraqlarından deyil, öz maraqlarından çıxış edirlər. Bu gün Azərbaycana kim düşmənçilik edirə, İran o dövlətlə yaxınlıq etməkdə maraqlıdır. Bunlar güya ədalət axtarışındadırlar. Ədalətli status-kvo axtrarırlar.
30 il Azərbaycan torpaqları işğal altında olub. Bir dəfə olsun Azərbaycan sərhədlərinin pozulması ilə bağlı Ermənistana çağırış etdilərmi? Etmədilər.
2016-cı ildə İran Azərbaycanla birlikdə Xudafərin su hövzəsini hazırlayan zaman parlamentdə çıxış edib dedim ki, İran bir bəyanat versin Ermənistan silahlı qüvvələri ərazidən çəkilsin və Azəraycan tərəfi də İranla birlikdə işləyə bilsin. Onu belə etmədilər”-deyən Fərəc Quliyev bildirib ki, müharibənin gedişi zamanı İranın mövqeyi Ermənistana hər cür dəstək verməkdən ibarət idi. Müharibədən sonrakı dönəmdə də bu müşahidə edilirdi.
Partiya sədri vurğulayıb ki, Azərbaycanın sərhədlərinin müəyyənləşməsi ilə bağlı heç bir dövlətin ərazisinə iddiası yoxdur. İran bu məsələlərdə pozucu ünsür kimi davranır.
“İran Azərbaycana müharibə elan etmək istəsə, gərək 40 milyonluq Güney Azərbaycan Türkü ilə də savaşa çıxa. Bacaraqlarmı? İran bizim qarşımızda dayana bilməz. Onlar belə cəsarətli ola bilməz”,-deyə partiya sədri bildirib.
Xəzər dənizində sərhədlərlə bağlı iddialara gəlikdə, partiya sədrinin fikrincə, İran bir neçə dəfə belə məsələ qaldırıb və cavabını alıb.
“Biz beynəlxalq konvensiyaları əsas götürməliyik. BMT tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ərazilərimizin harasında nə iş gördüyümüz barədə, nə İrandan, nə Rusiyadan və ya başqa dövlətlərdən soruşmalı deyilik. Azərbaycan daxilində, o, cümlədən Xankəndində suveren hüquqlarımızın mülki idarəetmənin təyin olunmasında da konstutsiya, qanunlar var. Bu da qonşu dövlətlərin işi deyil. Ermənistan da, İran da, Rusiya da bu işə qarışa bilməz. Əzələ nümayiş etdirmək istəyirlər, fürsətcil davranırlar. Türkiyədə baş verən zəlzələdən sonra bir fəallaşıblar. Amma bunlar ötəri məsələlərdir”-deyən Fərəc Quliyev bildirib ki, Azərbaycan mövqelərində qətiyyən geri çəkilməyəcək.
İradə Cəlil/Bizimyol.info

Bu xəbər oxucular tərəfindən 497 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |