25.01.2013 [10:01] - Gündəm, Sosial
Ermənistan rəhbərliyinin beynəlxalq ictimaiyyətə ölkədə əhalinin yaşayış səviyyəsinin “gündən-günə yaxşılaşması” barədə bəyan etdiyi sözlərin yalan olduğunu başqaları deyil, məhz Ermənistanın statistika idarəsi üzə çıxarıb. Statistik məlumata görə, keçən ilin ikinci rübü ilə müqayisədə üçüncü rübdə istehlak səbətinin orta qiyməti 5 faiz aşağı düşüb. Sentyabrın sonunda istehlak səbətinin qiyməti 50 min 443,1 dram təşkil etmişdir. 2012-ci ilin bütün dövrü ərzində 605 min 317 dram olub.
Miniumum ərzaq səbəti çörəkdən (adambaşına illik istehlak norması 91,3 kq. olmaqla 42 min 262,8 drama başa gəlmişdir), ət məhsullarından (36,5 kq., 92 min 903 dram), kartofdan (91,3 kq., 11 min 704,7 dram ), meyvələrdən (73 kq., 27 min 557,5 dram), şəkərdən (18,3 kq., 8.249,6 dram ), süd məhsullarından (69 min 183 dram), yumurtadan (182,5 ədəd, 10 min 1 dram), bitki yağlarından (7,3 kq. 6 min 15, 2 dram), balıqdan (11 kq., 23 min 501,5 dram ) və marqarindən (3,7 kq., 4.407 dram) ibarət olub.

Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |