Şrift:
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 2024-cü ilin fevralınadək uzadıb
21.02.2023 [10:22] - Gündəm, Siyasət, İqtisadiyyat
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların 2024-cü il fevralın 24-dək uzadılması qərarını təsdiqləyib.

Aİ Şurasının müvafiq qərarı “Avropa İttifaqının rəsmi jurnalında” dərc edilib.

“Məhdudlaşdırıcı tədbirlər 24 fevral 2024-cü ilə qədər uzadılmalıdır", - deyə qərarda bildirilir. Qeyd edilir ki, qərar "Avropa İttifaqının rəsmi jurnalında" dərc edildiyi gündən bir gün sonra qüvvəyə minir.

Qeyd edilir ki, hazırda Aİ-nin Rusiyaya qarşı sanksiyalar siyahısına 1 386 fiziki şəxs və 171 şirkət daxildir.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed