Şrift:
Dövlət Məşğulluq Agentliyi Avropa Sosial Şəbəkəsinə üzv qəbul olunub
21.02.2023 [10:28] - Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi sosial xidmətlər sahəsində mötəbər beynəlxalq təşkilatlardan olan, ümumilikdə 160-dan çox üzvü özündə birləşdirən Avropa Sosial Şəbəkəsinə üzv qəbul olunub.

Nazirlikdən verilən məlumata görə, son illər aparılan sosial islahatların tərkib hissəsi kimi, Agentliyin fəaliyyət sahələrində innovativ həllərin geniş tətbiqi, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, çevik və şəffaf təşkili təmin olunub. Bu xidmətlərə əlçatanlığın və aktiv məşğulluq tədbirlərinin effektivliyinin, əhatə dairəsinin, əmək bazarında rolunun artırılması istiqamətində önəmli addımlar atılıb. Qeyd olunan nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də maraqla qarşılanır.

Avropa Sosial Şəbəkəsinə üzvlük Agentliyə bu Təşkilatın tədbirlərində, həmin Şəbəkə üzərindən Avropanın və dünyanın məşğulluq sahəsində qabaqcıl təcrübələrinin mübadiləsi prosesində iştirak, yeni tərəfdaşlarla əməkdaşlıq imkanları qazandırır.
Bu xəbər oxucular tərəfindən 3849 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed