Şrift:
Cəmil Həsənli: “Hakimiyyət nümayəndələri xalqla davranış məsələsinə yenidən baxmalıdır”
25.01.2013 [11:07] - Sosial
“İsmayıllıda baş verən hadisələr etirazın növbəti formalarından biridir. Artıq əhali ədalətsizliyə dözə bilmir və buna adekvat cavab verir”.

Bunu açıqlamasında Ziyalılar Forumunun üzvü, tarixçi Cəmil Həsənli İsmayıllıda baş verən hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, İsmayıllıda olan etiraz camaata qarşı edilən ədalətsizliyin bariz nümunəsidir. Bununla yanaşı, digər rayonlarda da əhali rəftar ürəkaçan deyil.


“Hakimiyyət nümayəndələri xalqla davranış məsələsinə yenidən baxmalıdır. Onlar xalqa xidmət etməyə məcbur edilməlidir. Cəmiyyət özünə qarşı ədalətsizliyə görə qıcıqlanır və buna etiraz edir”.
Bu xəbər oxucular tərəfindən 947 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed