22.02.2023 [11:02] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Məlum olduğu kimi, Avropa İttifaqının Ermənistandakı mülki missiyası fevralın 20-də işə başlayıb. Rusiya Xarici İşlər Nazirliyi növbəti bəyanatla çıxış edərək buna sərt reaksiya verib: “Avropa Birliyinin Ermənistandakı mülki missiyası Rusiyanı regiondan sıxışdırmaq cəhdidir”.
Ümumiyyətlə, açıq hiss olunur ki, Aİ missiyasının tərkibində Fransa, Almaniya əsgərlərinin olması Rusiyanı çox narahat edir. Ona görə ki, əvvəlki missiyanın fəaliyyəti 2 aylıq idi. Daha sonra bu ilin yanvarından Aİ missiyasının 2 il fəaliyyət göstərməsinə qərar verildi. Özü də 200 nəfərlik heyətlə. Halbuki, əvvəl onların sayı 40 nəfər idi. Zəmanət yoxdur ki, sözügedən missiyanın fəaliyyət müddəti 2 ildən sonra uzadılmayacaq. O cümlədən, missiya təmsilçilərinin sayının 2 dəfə artırılması ehtimalı var. O üzdən, Rusiya böyük dövlət olaraq bu təhlükələri görür. Rusiya bu missiyanın qarşısını almaq, onu bölgədən çıxartmaq üçün nə kimi əks tədbirlər görə bilər?
“Rusiya Aİ missiyasına yönəlik müəyyən lokal təxribatlara gedəcək”
Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Rusiyanın Aİ missiyasına qarşı bir sıra lokal təxribatlara əl atacağını güman edir: “Əvvəla bu, Qərblə Rusiya arasında bölgədə mövcud olmaq savaşıdır. Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra bəzi dövlətlər regiondan kənarda qalmışdılar. Bu status-kvo onları qane etmir. Xüsusən də Avropa İttifaqının əsas dövlətlərindən biri olan Fransa bununla barışmaq istəmir. Ona görə də Aİ çətiri altında Cənubi Qafqaza daxil olmağa can atır. Bir məqamı da nəzərə almalıyıq ki, nə Rusiya, nə də Qərb Azərbaycanla Ermənistan arasında münasibətlərin birdəfəlik düzəlməsini istəyir. Ona görə də hər iki tərəf regionda idarə olunacaq səviyyədə münaqişə və təxribatların olmasında maraqlıdır. Çünki sözügedən məsələlər həll olunsa, o zaman həmin güclərin regionda var olmasına ehtiyac olmaz. Əlbəttə ki, Rusiya Cənubi Qafqaza Avroittifaqın bu formada daxil olmasından narahatdır. Moskva bunu öz maraqları üçün təhdid hesab edir. Rusiya istəyir ki, Cənubi Qafqaz yalnız onların təsir dairəsində olsun. Rusiya Aİ missiyasına yönəlik müəyyən lokal təxribatlara gedəcək. Rusiyanın Ermənistanda bununla bağlı kifayət qədər imkanları var. Ancaq bununla Rusiyanın həmin missiyanı Ermənistandan çıxarmağa nail olacağını düşünmürəm. Ona görə ki, Ukraynada gedən müharibə ilə əlaqədar Rusiyanın vəziyyəti kifayət qədər kritikdir. Üstəlik, müharibənin hələ nə qədər davam edəcəyi bəlli deyil. Eyni zamanda bu, Rusiya üçün həm də böyük iqtisadi itkilərlə müşayət olunur. Çox güman ki, bundan Avroittifaq, əsasən də Fransa yararlanacaq. Bir məqamı unutmaq olmaz ki, Ermənistanda qüvvələr nisbətinə baxanda Rusiyanın imkanları daha çoxdur. Ermənistanda hərbi bazaları var, sərhədlərini rus əsgərləri qoruyur, Rusiyadan iqtisadi asılılıq böyükdür. Çox güman ki, Rusiya Aİ missiyasından öz məqsədləri üçün istifadə etməyə və bundan təzyiq aləti kimi istifadə etməyə çalışacaq. Bəzi məsələləri Aİ-nin əli ilə istifadə etməyə cəhd edəcək. Bu səbəbdən bəzi təxribatlara gedəcək. Bütün bunların fonunda əsas odur ki, Azərbaycan yaranan bu geosiyasi qarşıdurmadan maksimum yararlana bilsin. Prezident İlham Əliyevin Münhendə bəyan etdiyi prioritetlərdən yayınmadan hərəkət etməliyik”.
Vidadi ORDAHALLI/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |