Şrift:
Bu, Azərbaycana təzyiq etmək istəyənlərə bir dərs oldu”
25.01.2013 [11:32] - Siyasət
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındaki (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva qurumun ölkəmiz üzrə məruzəçisi Kristofer Ştrasserin siyasi məhbus məsələsilə bağlı hazırladığı məruzəsi barədə danışıb.

Deputat deyib ki, Ştrasserin məruzəsu Avropa Şurası Parlament Assamleyasının son illər tarixində bir ilkə imza atdı:

“Avropa Şurası Parlament Assamleyasının Azərbaycan üzrə həmməruzəçisi, müzakirələr zamanı Ştrasserin yanında oturmuş Pedro Agramunt çıxışında bütün Assamleya üzvlərini açıq şəkildə Ştrasserin hazırladığı qətnamə layihəsinə səs verməməyə çağırdı. Assamleyanın üzvü xanım Renate Wohlwend bu məsələyə maraqlı reaksiyası oldu. O dedi ki, 20 ildir assamleyanın üzvüdür, ilk dəfə görürür ki, bir ölkə üzrə məruzəçi Assambleyanı digər məruzəçinin qətnamə layihəsinə səs verməməyə çağırsın.

AŞPA-nın əksər deputatların;, o cümlədən Azərbaycan üzrə Monitorinq Komitəsi məruzəçilərini də Ştrasserin hazırladığı qətnamı layihəsi əlehinə çıxış etməyə, səs verməyə səsləyən onun Azərbaycana ədalətsiz yanaşması idi. O hazırladığı siyahıya terrorçuları, separatçıları və konkret cinayət törətmiş insanları daxil etməklə və onları siyasi məhbus adlandırmaqla tərəfsiz və obyektiv məruzəçi statusuna ciddi kölgə salmışdı və belə bir məğlubiyyətə məhkum idi. Bəli, Azərbaycan üzrə Monitorinq Komitəsinin məruzəçisi cənab Agramund Ştrasserin qətnaməsinin qəbul edilməz olduğunu, onun Azərbaycan üzrə Monitorinq komitəsi məruzəçilərinin, uzun illərdir Azərbaycan üzrə monitorinq aparan məruzəçilərin qətnamə layihəsinə tamamilə zidd olduğunu söylədi. Assamleyanı bu sənədi qəbul etməməyə çağırdı. Neçə illərdir ki, Assambleyada çalışıram ilk dəfə idi ki, görürdüm ki, çıxış edən Assamleya üzvlərinin əksəriyyəti məruzəçinin sənədini bu qədər sərt tənqid edir və açıq şəkildə ona səs verməyəcəklərini və Assamleya üzvlərini də ona səs verməməyə çağırır. Bir məruzəçinin hazırladığı sənədin bu şəkildə rədd edilməsi hadisəsinin ilk dəfə şahidi olurdum. Əslində AŞPA Ştrasserin hesabatını rədd etməklə özünün bərabərhüquqlu üzvlərindən birinə - Azərbaycana qarşı ikili standarta son qoydu. Səsvermə zamanı Assamleyada çıxış edən əksər Avropalı həmkarlarımızın Strasserin qətnaməsi əiehinə çıxışlar etməsi və onun əlehinə səs verməsi təkcə Azərbaycanın deyil, həm də Avropa Şurası Parlament Assamleyasının uğuru oldu. Əslində baş verənlər həm də Azərbaycana ikili standartlarla yanaşanlara, öz siyasi maraqları üçün bu yolla Azərbaycana təzyiq etmək istəyənlərə də bir dərs oldu”.
Bu xəbər oxucular tərəfindən 697 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed