23.02.2023 [13:36] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Avropa İnsan Haqqları Məhkəməsi tərəfindən Laçın dəhlizinin açılması ilə bağlı verilən qərar, təbii ki, tövsiyə xarakterli ola bilər. Onun qərarları Azərbaycan üçün məcburi xarakter daşıya bilməz”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev deyib.
O, rəsmi Bakının məlum qərara hansı reaksiya verə biləcəyindən söz açıb:
“Əgər Azərbaycanın hər hansısa bir beynəlxalq təşkilatın, yaxud qurumun dediyi ilə oturub-duracaqdısa, onda gərək Azərbaycan 30 il sonra işğaldan azad etdiyi əraziləri işğalına hələ 30 il də dözməli idi. O cümlədən BMT-nin 4 qətnaməsi vardı, Ermənistan ordusu Qarabağdan çıxarılmalıydı. Bunu icra etdilərmi? Yox! Yaxud bu gün Rusiya-Ukrayna müharibəsi gedir və təcavüzkara sanksiya tətbiq edirlər. Bəs Ermənistana təcavüzə görə sanksiya tətbiq etdilərmi? Yox!”
MDHP sədri əlavə edib ki, Azərbaycan müstəqil dövlətdir və bölgədə yaşayan erməni əsilli vətəndaşların Ermənistandakı qohum-əqrəbası ilə ünsiyyəti üçün yolu var:
“Dəhlizdən sui-istifadə edirlər. Azərbaycan tərəfi bununla bağlı çoxlu faktlar təqdim etdi. 2021-ci ildə istehsal edilən minaları ərazilərimizdə basdırmışdılar. Bundan başqa, Ruben Vardanyan gündə 50 dəfə gedib gəlir gəlir, silah-sursat daşınır, başqa işlər görürlər. Hansı yolla? Laçın yolu ilə.
Bütün bunlardan sonra sərhədlərimizi onların öhdəsinə verə bilmərik. Onlar ərazilərimizi istismar, Azərbaycanın icazəsi olmadan şirkətlər bölgədə qiymətli metalları ixrac edir. Bunu başlı-başına buraxmalıyıq?!
Ona görə də hansı qərəzli qərarlar çıxarırsa-çıxarsın, Azərbaycan Konstitusiyası, dövlətin milli maraqları və milli iradəsi bizim üçün əsasdır. Nəinki o dəhlizi açmaq, əksinə, dərhal gömrük və sərhəd məntəqəsini qoymaq, eləcə də 10 noyabr sənədində 4, 7 və 9-cu bəndin həyata keçməsini təmin etmək lazımdır. Çünki 4-cü bənddə qanunsuz erməni silahlılarının bölgədən çıxarılması, 7-ci bənddə isə oradan qovulan insanlarımızın Xankəndi və başqa yerlərə qaytarılması şərti var. Ekofəallarımıza da Xankəndidən qovulan 15 min nəfər qoşulmalıdır.
Tələblər dəyişilməli, Azərbaycan dərhal antiterror əməliyyatı keçirməlidir. Bu məsələdə geri çəkilsək, yenidən “88-ci il sindromu” yaranar”.

Rafi MÜSLÜMOV/yenisabah.az
Bu xəbər oxucular tərəfindən 922 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |