Şrift:
BMT-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edilib
24.02.2023 [10:23] - Gündəm, Siyasət
Fevralın 23-də BMT Baş Assambleyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edib.

Qətnaməyə səs vermiş 193 ölkədən 141-i Rusiyanı qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən dərhal çıxarmağa çağıran qətnaməni dəstəkləyib.

Belarus, Şimali Koreya, Eritreya, Mali, Nikaraqua, Rusiya və Suriya qətnamənin əleyhinə səs verib, 32 ölkə, o cümlədən Ermənistan, Hindistan və İran isə bitərəf qalıb.

Ukrayna Prezidenti Vladimir Zelenski qətnaməyə səs verən ölkələrə təşəkkürünü bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, Baş Assambleyanın iclasında qəbul edilən qətnamələr məcburi xarakter daşımır.
Bu xəbər oxucular tərəfindən 281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed