Şrift:
Çin XİN Ukraynada sülh yolu ilə nizamlanma planını dərc edib
24.02.2023 [10:40] - Gündəm, Siyasət
Çin Xarici İşlər Nazirliyi Ukraynada sülh yolu ilə nizamlanma planını dərc edib. 12 bənddən ibarət sənəd agentliyin saytında dərc olunub.
Əsas məqamlar sülh danışıqlarının bərpası və hərbi əməliyyatların dayandırılmasıdır. Pekin həmçinin tərəfləri bütün ölkələrin suverenliyinə hörmətlə yanaşmağa, BMT Nizamnaməsinə hörmət etməyə və soyuq müharibə təfəkküründən əl çəkməyə çağırıb.

Plan humanitar böhranın həllini, mülki əhalinin və hərbi əsirlərin müdafiəsini, o cümlədən mübadilə üçün əlverişli şərait yaratmaqla təmin etməyi təklif edir. Atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi, nüvə münaqişəsi və kimyəvi və ya bioloji silahların istifadəsi risklərinin azaldılması ehtiyacına da diqqət çəkilir.
Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed