25.01.2013 [11:50] - Gündəm, Siyasət
Ermənistan Bakının aeroport xəbərdarlıqlarından narahatdır; xarici işlər naziri Edvard Nalbəndyan həyasızcasına bildirib ki, aeroportun açılması “başqa məsələlərlə” əlaqəli deyil
Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin bir ildən artıqdır dayandığı bir vaxtda Ermənistanın işğal altındakı Azərbaycan ərazilərinə beynəlxalq normalara zidd hava reysləri həyata keçirmək səyləri əsəbləri tarıma çəkib. Xəbər verildiyi kimi, Azərbaycan hökuməti ölkənin müvafiq strukturlarına rəsmən icazə verib ki, ölkənin hava məkanına müdaxilə edən təyyarələri ya məcburi endirsinlər, ya da silah tətbiq edərək sıradan çıxarsınlar.
Bu sanksiya Bakının ölkənin işğal altındakı ərazilərində hava limanının fəaliyyətinə imkan verməməkdə kifayət qədər qətiyyətli göründüyünü göstərir və belə görünür ki, Ermənistanda narahatlıq yaradıb. Neçə gündür ki, erməni siyasətçiləri və rəsmiləri bu icazə ətrafında ciddi hay-küy qaldırıblar, bu zaman Ermənistanın 20 ildir kobud şəkildə tapdaladığı beynəlxalq hüquq prinsiplərinə və humanitar normalara tez-tez istinad edilir.
Xarici işlər naziri Edvard Nalbəndyan da dünən yanvarın 25-də bu kampaniyaya qoşulub və həyasızcasına bildirib ki, Xankəndi aeroportunun açılması “sırf humanitar məqsədli” addımdır. Sitat: “Dağlıq Qarabağda aeroportun açılması istisnasız olaraq mülki və humanitar məqsəd daşıyır. Aydındır ki, bu məsələ Qarabağ probleminin nizamlanması ilə bağlı olan digər məsələlərlə əlaqəli deyil. Minsk Qrupunun həmsədrləri deyiblər ki, aeroportun istifadəyə verilməsi heç bir formada Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə bilməz. Nə Qarabağ, nə Ermənistan heç vaxt Stepanakert aeroportunun açılmasını başqa məsələlərlə əlaqələndirməyiblər. Azərbaycan bu məsələni siyasiləşdirməyə çalışır, baxmayaraq ki, həmsədrlər dəfələrlə onu bu addımdan çəkinməyə çağırıblar”.
Nalbəndyanın iddiasına görə, Azərbaycan tərəfi həmsədrlərlə görüş zamanı “dəfələrlə” mülki təyyarələrə qarşı güc tətbiqindən və güc tətbiqi ilə hədələmədən çəkinəcəyinə dair öhdəliklər götürüb. “Buna baxmayaraq, Azərbaycan rəhbərliyi bu öhdəliyi pozub və mülki aviasiyaya qarşı güc tətbiqi ilə hədələyir”, - deyə o əlavə edib. Nalbəndyanın fikrincə, Azərbaycanın məqsədi odur ki, Dağlıq Qarabağı təcrid olunmuş vəziyyətdə saxlasın və əhalisini oranı tərk etməyə məcbur etsin. “Lakin bunu etmək onlara indiyədək müvəffəq olmayıb”, - deyə o bildirib. Erməni xəbər agentlikləri Nalbəndyanın açıqlamasına əlavə olaraq xatırladırlar ki, Azərbaycan hökuməti yanvarın 18-də ölkənin Hərbi Hava Qüvvələrinə xüsusi icazə gözləmədən mülki təyyarələri vurmaq icazəsi verib.
Nalbəndyanın açıqlamasından göründüyü kimi, erməni tərəfi Xankəndi aeroportu ilə bağlı məsələdə irəli getməyin nə dərəcədə riskli olacağını yaxşı anlayır. Məsələ burasındadır ki, beynəlxalq mülki aviasiya normalarına görə, doğrudan da sərnişin təyyarələrinə güc tətbiqinə yol verilmir. Lakin Beynəlxalq Mülki Aviasiya Komitəsinin xüsusi kodu olmadan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qanunsuz fəaliyyət göstərən, hərbi zonada yerləşən aeroporta uçan təyyarənin doğrudan da “günahsız mülki şəxsləri” daşıdığını kim müəyyən edə və sübuta yetirə bilər? İndiki halda İrəvandan Xankəndinə uçan təyyarə müvafiq kod olmadığı üçün naməlum hava hədəfi kimi qəbul ediləcək və onu sıradan çıxarmaqla Azərbaycanın üzərinə heç bir hüquqi məsuliyyət düşməyəcək.
Ermənistanda da bunu bilirlər və yeganə çıxış yolunun Xocalı aeroportu ətrafında mümkün qədər çox hay-küy yaratmaq, beynəlxalq humanitar normalara istinad etməkdə olduğunu başa düşürlər. Bəs hansı humanitar normalardan və mülki məqsədlərdən söhbət gedə bilərdi ki, Xocalı aeroportu ermənilərin 22 il əvvəl işğal etdiyi, əhalisini kütləvi şəkildə, amansızlıqla qırdığı şəhərin ərazisində yerləşir? Bəlkə 21 il əvvəl Xocalının işğalı və yer üzündən silinməsi, o cümlədən onun ərazisində yerləşən aeroportun ələ keçirilməsi də “sırf humanitar məqsədli” idi?
Fərhad MƏMMƏDOV

Bu xəbər oxucular tərəfindən 1026 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |