Şrift:
Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının Xocalı soyqırımı ilə bağlı bəyanatı
24.02.2023 [18:48] - Xəbərlər, Gündəm, Siyasi partiyalar, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı (MDH) Partiyasının Xocalı Soyqırımı ilə bağlı Beynəlxalq təşkilatlara və səfirliklərə göndərdiyi

BƏYƏNAT




Çağdaş dünyamızda bir şəhərin əhalisinin yalnız mənsub olduğu soykökə görə məhv edilməsi faciəsinin insan və millət haqqlarına məsul dünya birlikləri tərəfindən susqunluqla qarşılanması həmin təsisatların fəaliyyəti üçün bir qara ləkədir.Bəzi dövlətlər Xocalı faciəsini qınamış,bəziləri soyqırım kimi dəyərləndirsə də,təəssüf ki, hadisə yekdilliklə soyqırım kimi qiymətlədirilərək ,onu törədənlər layiqli cavab almamışlar. 1992-ci il 26 fevral tarixində Ermənistan tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı yalnız mənsub olduqları soya görə tətbiq edilmiş soyqırım nəticəsində 613 nəfərin qətlə yetirilməsi, 487 nəfərin yaralanması, 150 nəfərin itkin düşüb, 1275 nəfərin əsir götürülməsi ilə nəticələnən xain təcavüzə bu günə qədər hüquqi qiymətin verilməməsinin heç bir əsaslandırması yoxdur.

Yerevana tabe olan qanuni ordu birləşmələrinin və Rusiyanın 366-cı alayının birlikdə törətdiyi soyqırımın çağdaş dünya ictimaiyyətinin gözləri önündə baş verməsi və bu illər ərzində bütün beynəlxalq təsisatlara edilmiş saysız müraciətlərin nəticəsiz qalması bizdə dərin hiddət doğurur. Baş vermiş hadisə Ermənistan dövləti tərəfindən həyata keçirilən bəşəri cinayətdir ki, bu cinayətə imza atan Ermənistan dövlət və ordu rəhbərlikləri dəfələrlə öz əməllərini etiraf ediblər.

Bir daha bildiririk ki, Xocalıda Azərbaycanlılara qarşı törədilən soyqırımın dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən layiqli cavablandırılmaması ən pis pressedent oldu. Dünyanın müxtəlif yerlərində Ermənistan kimi faşist rejimlər ruhlandı.

Beynəlxalq təşkilatlara və ölkəmizdə fəaliyyət göstərən səfirliklərə ünvanladığımız bu bəyanatda bir daha beynəlxalq təşkilatları və dövlətləri beynəlxalq hüquq və normalara uyğun olaraq, Xocalıda törədilmiş soyqırımı rəsmən tanımağa, bu bəşəri cinayətdə iştirakı olanların beynəlxalq məhkəmələrdə cəzalandırılmasına yardımcı olmağa və 26 Fevral tarixində Xocalı Soyqırımı qurbanlarının xatirəsini anmağa çağırırıq!

Milli Dirçəliş Hərəkat ı(MDH) Partiyası Mətbuat xidməti


The message sent by the National Revival Movement (MDH) Party to International organizations and embassies regarding the Khojaly Genocide

STATEMENT
In our modern world, the fact that the tragedy of the destruction of a city's population only because of its ethnic origin is met with silence by the international organizations responsible for human and national rights is a black mark for the activities of those institutions. Although some countries have condemned the Khojaly tragedy, and some have assessed it as genocide, unfortunately, the event is unanimously recognized as genocide. Evaluated, those who committed it did not receive a worthy response. On February 26, 1992, as a result of the genocide committed by Armenia against the civilian population in the city of Khojaly, Azerbaijan, only because of their ethnicity, the treacherous aggression that resulted in the murder of 613 people, the wounding of 487 people, the disappearance of 150 people, and the capture of 1,275 people has not been legal until today. There is no justification for not awarding the grade.
The fact that the genocide committed by the legal army units subordinated to Yerevan and the 366th regiment of Russia took place in front of the eyes of the modern world community and that countless appeals made to all international institutions over the years have been fruitless causes us deep anger. The incident is a human crime committed by the Armenian state, and the Armenian state and army leaders, who signed this crime, have repeatedly admitted their actions.
Once again, we state that the genocide committed against Azerbaijanis in Khojaly was not adequately responded by states and international organizations, which became the worst precedent. In different parts of the world, fascist regimes such as Armenia were encouraged.
In this statement addressed to international organizations and embassies operating in our country, we once again call on international organizations and states to officially recognize the genocide committed in Khojaly in accordance with international law and norms, to help punish those who participated in this human crime in international courts, and to commemorate the victims of the Khojaly Genocide on February 26!
National Revival Movement (NRM) Party Press Service
Bu xəbər oxucular tərəfindən 5222 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed