25.01.2013 [12:10] - Sosial
“İsmayıllı doğma rayonum olduğuna görə bu prosesləri narahatlıqla izləyirəm. Mənim arzum odur ki, İsmayıllı camaatına və Azərbaycan dövlətinə ziyan gəlməsin. Hakimiyyət dairələri İsmayıllı ictimaiyyəti və dövlətimiz üçün uğurlu, layiqli qərar çıxarmalıdır”.
Bunu açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli doğulduğu İsmayıllı rayonunda baş verən hadisələrə münasibət bildirərkən deyib.
Tahir Kərimli qeyd edib ki, İsmayıllı sakinlərinin bu hərəkətləri etməyə vadar edənlərin cəzalandırılmasından razıdır.
“İsmayıllı sakinlərini qıcıqlandıran və onları təhqir edən şəxslər haqqında Baş Prokurorluq və DİN lazımi tədbirlər görüb. İcra başçısı İsmayıllı camaatından üzr istəməlidir. Yenə deyirəm bu hadisələrə görə hədsiz narahatam. Bu problemləri həll etmək lazımdır. Qohumlarıma, dostlarıma təklif etmişəm ki, hər hansı qıcıqlandırıcı hərəkətlərə yol verməsinlər. Vəhdət Partiyasının İsmayıllı şöbəsi bununla bağlı təmkinli mövqe nümayiş etdirir. Mənim özümün isə hələlik İsmayıllıya səfərim gözlənilmir”./Modern.az/

Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |