Şrift:
Aİ Ermənistana şərt qoydu: Ya Rusiya, ya da biz
27.02.2023 [12:05] - Xəbərlər, Gündəm, Siyasət
Əgər Ermənistan özü hazır və sadiqdirsə, Avropa İttifaqı (Aİ) Ermənistanla münasibətləri genişləndirə bilər.
Bunu Avropa Parlamentinin deputatı Marina Kalyurand deyib.

M.Kalyurand qeyd edib ki, bu gün Ermənistan Rusiya ilə bir neçə təşkilatda müttəfiqdir.

"Biz Ermənistanın KTMT-nin üzvü olmasını, eləcə də Rusiya və Belarusla Gömrük İttifaqında iştirak etməsini görməzdən gələ bilmərik.

Ermənistanın Aİ ilə əməkdaşlıqda nə qədər irəli getməyə hazır olması vacibdir. Ümid edirəm ki, erməni xalqı da Gürcüstan xalqı kimi qərar verəcək və bu məsələdə hökumətə təzyiq göstərəcək", - deyə deputat bildirib.

Avropa Parlamentinin deputatının açıq bəyanatı onu göstərir ki, Aİ Ermənistan qarşısına açıq şərt qoyub. Ermənistan əgər Aİ-lə əlaqələrini inkişaf etdirmək istəyirsə, Rusiya ilə müttəfiqlikdən imtina etməli və əlaqələri pozmalıdır.

Artıq Aİ Paşinyan hakimiyyətinin ikili oyunundan təngə gəlib və Ermənistanın tərəf seçməli olduğunu açıq formada vurğulayır.
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed