01.03.2023 [10:58] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Bu il yanvarın 28-də Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bəyan etdi ki, BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir:
“BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcək”.
Bu gün regionda elə bir vəziyyətdir ki, buna ehtiyac var. Çoxvektorlu proseslər gedir və bunlar bir-biri ilə kəsişir. Ermənistanın regionda pozuculuq mövqeyindən çıxış etməsi, Rusiya ilə düşmən olan qüvvələri - Avropa İttifaqı missiyasını bölgəyə gətirməsi, Lavrovun Bakı səfəri və iki ölkə münasibətlərində yeni perspektivin açılması fonunda TŞ-nin genişləndirilməsi gündəmə gəlir. İndi əsl zamanıdır ki, BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilsin.
“Cənubi Qafqazda geosiyasi mübarizə güclənir, Avroittifaq Ermənistan sərhədinə iki illik monitorinq missiyası göndərib”
Məsələyə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də hesab edir ki, indiki dövrdə Təhlükəsizlik Şurasının genişləndirilməsinə ciddi ehtiyac var: “Ən azından ona görə ki, dünya siyasəti yenidən dizayn olunur və bu, açıq-aşkar ortadadır. Yeni dünya düzəni deyilən düzən artıq formalaşdırılır. Nəzərə almaq lazımdır ki, İkinci Dünya müharibəsindən sonra qüvvələr nisbəti dəyişib. Prezident İlham Əliyevin Təhlükəsizlik Şurası ilə bağlı təklifləri də bu şərtlərə bağlıdır. Çünki İkinci Dünya müharibəsinin bitməsindən böyük vaxt keçib və yeni reallıqlar yaranıb. Yeni bloklar formalaşıb. Ona görə də BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Təkcə qeyri-daimi üzvlərin sayının rotasiya qaydası ilə dəyişməsi yetərli deyil. Təhlükəsizlik Şurasında İslam Əməkdaşlıq Təşkilatının olması vacibdir. Prezidentin bununla bağlı təkliflərini dəstəkləyirik. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının da orada nümayəndəsi olmalıdır. Ona görə ki, TDT artıq ciddi bir güc mərkəzidir. Üstəlik, Cənubi Qafqazda geosiyasi mübarizə güclənir, Avroittifaq Ermənistan sərhədinə iki illik monitorinq missiyası göndərib. Aİ regionda möhkəmlənib söz sahibi olmaq istəyir. Bu da Rusiya tərəfindən qıcıqla qarşılanır. Belə bir vəziyyətdə TDT Avropa İttifaqından heç də geri qalmayan bir quruma çevriləcək. Aİ yunan fəlsəfəsinə və xristian ənənələrinə söykənir, amma TDT daha yaxın münasibətlərdə olan dövlətlərdən ibarətdir. Ona görə də Təhlükəsizlik Şurası həm genişləndirilməlidir, həm də orada TDT-nin nümayəndəsinin olması vacibdir. Avroittifaq Ermənistan sərhədinə məlum missiyanı göndərirsə, biz də TDT-yə üz tutub oxşar missiyanın göndərilməsini tələb edə bilərik. Yeni dünya qaydalarında ya idarə olunanlardan olmalısan, ya da idarə edənlərdən. Azərbaycanın mövqeyi odur ki, İkinci Qarabağ müharibəsindən sonra şərtlər xeyli dəyişib. Belə olan halda biz idarə olunanlardan yox, idarə edənlərdən olmalıyıq. Bütün bunlardan çıxış edərək Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının genişləndirilməsi təklifini dəstəkləyirəm”.
Vidadi ORDAHALLI/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |