26.01.2013 [10:50] - Güney Azərbaycan xəbərləri, Siyasət
ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama tərəfindən dövlət katibi vəzifəsinə namizəd göstərilən Con Kerri Senatda 4 ildir sədrlik etdiyi Xarici Əlaqələr Komitəsi üzvlərinin suallarını cavablandırıb.
Kerriyə Yaxın Şərq və İranla bağlı müxtəlif suallar ünvanlayan komitə üzvləri cavablardan məmnun qaldıqlarını bildiriblər.
İranla bağlı diplomatik səylərin davam etdiriləcəyini bildirən Kerri sərt sanksiyaların da davam edəcəyini söyləyib. Kerri digər ölkələrin də diplomatik danışıqları əsas götürəcəyinə ümid etdiyini vurğulayıb.
Tehran rejiminin nüvə fəaliyyətlərinin dinc məqsədli olduğunu təsdiqləmək məcburiyyətində olduğunu qeyd edən Kerri İrandan neft asılılığının azaldılması üçün beynəlxalq əməkdaşlığa ehtiyac olduğunu deyib. İran rejiminə xəbərdarlıq edən dövlət katibliyinə namizəd "Prezident bu haqda mövqeyinin nə qədər konkret olduğunu ortaya qoydu. İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün nə lazımdırsa, edəcəyik".
Suriya məsələsinə də toxunan Kerri Əsədin indiyə qədər bağışlanılmaz qərarlara imza atdığını söyləyib. Rusiya və Əsəd rejiminin digər müttəfiqləriylə müzakirələri davam etdirməsinin məcburi olduğunu vurğulayan Kerri bu müzakirələrlə bağlı ümidli olmadığını bildirib. Kerri "Əsədin uzun müddət iqtidarda qala biləcəyini düşünmürəm. Vaxt yaxınlaşır" deyib.
İsrail-Fələstin problemiylə bağlı sualın cavabında isə Kerri prezident Obamanın iki dövlətli həll yoluna dərindən inandığını söyləməklə kifayətlənib. Kerri İsraillə Fələstin arasındakı sülh müzakirələrinin də yenidən canlanacağına ümid etdiyini söyləyib.
Toplantı zamanı zalda oturan bir qadın "Yaxın Şərqdə insanları öldürürsünüz. Onlar düşmən deyil" deyib. Kerri isə qadının aksiyasına hörmət etdiyini deyib və Senatın insanların səsini eşitdirməyə çalışdığı bir yer olduğunu vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |