02.03.2023 [10:43] - Xəbərlər, Gündəm, İqtisadiyyat, Bildiriş
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 4-5 mart tarixlərində paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkaların əsas məqsədi yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Budəfəki yarmarkalarda 50 regiondan 72 fermer iştirak edəcək. Fermerlər 80-dən artıq çeşiddə yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, vətəndaşlar məhsulların keyfiyyət göstəriciləri ilə tanış olmaq üçün yarmarka ərazisində fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilərlər.
Qeyd edək ki, yarmarkalar fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunur. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınır.
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda təşkil olunacaq:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı)

Bu xəbər oxucular tərəfindən 1825 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |