Şrift:
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 40 yoluxma faktı qeydə alınıb
03.03.2023 [10:06] - Gündəm, Sağlıq
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 40 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 628 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 327 nəfər müalicə olunaraq sağalıb, 10 min 122 nəfər vəfat edib. Aktiv xəstə sayı 179 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 292, bu günə qədər isə ümumilikdə 7 milyon 529 min 191 test icra olunub.
Bu xəbər oxucular tərəfindən 6653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed