Şrift:
Tehranda yaşayış binası uçub, ölən və yaralananlar var
01.11.2011 [15:00] - Gündəm
İranın paytaxtı Tehran şəhərində yaşayış binasında uçqun baş verib. İran mətbuatının verdiyi xəbərə görə, dördmərtəbəli yaşayış binasının uçması 2 nəfərin ölümü və 2 nəfərin xəsarət alması ilə nəticələnib. Yaranmış vəziyyətlə əlaqədar ərazidə müvafiq işlər görülüb.

Bildirilir ki, binanın uçmasına bir neçə gün yağan leysan yağışlar səbəb olub. Qeyri-sabit hava şəraiti paytaxt küçələrini su altında qoyub, nəqliyyatın hərəkəti çətinləşib, qaz və elektrik enerjisinin təchizatında fasilələr yaranıb.
Bu xəbər oxucular tərəfindən 931 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed