03.03.2023 [10:47] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Paşinyan hakimiyyəti sərhəddə təxribat törədib, “Moskva erməniləri müdafiə etmir” iddiasını gücləndirməkdə maraqlıdır
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bölmələri Azərbaycanla sərhəd üzrə nəzarəti mərhələli şəkildə öz üzərinə götürəcək. Bu haqda Ermənistanın Milli Təhlükəsizlik Xidmətindəki mənbə məlumat verib.
Ermənistan MTX-nin rəsmisi bildirib ki, bunun üçün quruma daha çox sayda şəxsi heyət və təbii ki, onun maddi təminatı tələb olunur. Buna görə də Ermənistan hökumətinin həmin istiqamətdə maliyyə dəstəyi verməklə bağlı yeni qərarları gözlənilir.
“Ermənistan Rusiya ilə Avropa İttifaqı arasında ziddiyyətlər üzərində oynayır və bu, öz maraqları üçün təhlükəlidir”. Bunu isə Ermənistanın xarici işlər nazirinin keçmiş müavini Artak Apitonyan “Sputnik Ermənistan”a Avropa monitorinq missiyasının gəlişi və İrəvanın Rusiya siyasətini şərh edərkən deyib. O hesab edir ki, Ermənistan Qərb və Rusiya vektorlarını birləşdirməyə deyil, əksinə, onlara qarşı durmağa çalışaraq təhlükəli yola qədəm qoyub. Apitonyan müharibə proqnozu da verib: “Biz növbəti müharibəyə hazırlaşmalıyıq. Bu, təəssüf ki, olacaq, buna demək olar ki, heç bir şübhəm yoxdur. Cəmiyyətimiz yuxusuzluq vəziyyətindədir və bu vəziyyətdən mütləq çıxmalıdır. Mən razıyam ki, bu daimi gərgin və daimi stress vəziyyətində qüvvə və resursların səfərbər edilməsi həmişə daha yaxşı və daha sürətli olur. Təbii ki, müdafiə qabiliyyətimizi gücləndirmək üçün nələrsə edilir, lakin bu kifayət deyil. İctimai səfərbərlik lazımdır, müdafiə strategiyasına yenidən baxılması lazımdır”.
ABŞ Sərhəd və Gömrük Xidmətinin (CBP) nümayəndələri də Ermənistana səfər ediblər. ABŞ-ın Ermənistandakı səfirliyindən verilən məlumata görə, ötən həftə baş tutan səfər zamanı sərhədin mühafizəsi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. CBP nümayəndələri Yerasx kəndi yaxınlığındakı Naxçıvanla sərhəddə olub.
Görünən odur ki, Avropa İttifaqının missiyası gəldikdən sonra müharibə təhlükəsi artıb.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev hesab edir ki, Avropa İttifaqının Ermənistana dəvət edilməsindən sonra gərginliyin artması gözlənilən idi:
“Burada böyük oyunlar gedir. Nə Avropa İttifaqı, nə də Rusiya Ermənistan sevgisi ilə məsələyə yanaşmır. Bunu hamı bilir. Hər kəsin öz maraqları var. Sadəcə olaraq, bu bazarda özünü satışa çıxaran Ermənistan var. Hamı ondan istifadə etmək istəyir. Görürsünüz, Ermənistan tərəfi bildirir ki, bizim Avropa İttifaqının missiyasını dəvət etməyimiz ehtiyaclarımızdandır. Hətta maliyyə ehtiyacları bəzən önə çəkilir. Başqa bir məqamda isə qeyd edirlər ki, Avropa İttifaqının missiyası gəlməklə bizim maliyyə məsələmizə dəstək olacaq. Əslində Rusiyanın düşdüyü vəziyyətdən sonra Ermənistan bir neçə məsələdə göründüyü qədər siyasətində redaktələr etmək fikrindədir. Əvvəl siyasətini belə qurmuşdu ki, Avropa İttifaqı və Qərbdən ümumiyyətlə, maliyyə dəstəyi alsın. Rusiyadan isə təhlükəsizlik dəstəyi alsın. 44 günlük müharibədən sonra Rusiyadan gözlədiyi daha böyük dəstəyi almadı deyə artıq bu məsələdə tərəddüdlər etməyə başladı. Bu tərəddüdlərdə təbii ki, Azərbaycan-Türkiyə tandeminin birgə hərəkəti, birliyi mühüm rol oynadı. Amma hər halda, onların özlərinin etiraf etdiyi kimi, 900 ton silah-sursat vermişdilər. Bu, kiçik dəstək deyildi. Putin də bildirirdi ki, biz balansı saxlamaq üçün Ermənistana hərbi dəstək veririk. Bu belə onları qane etmədi. Onlar açıq şəkildə Rusiyanı döyüşdürmək baxımından ondan qladiator kimi istifadə etmək istəyirdilər. Hər zaman da zatən maliyyə dəstəyi Qərbdən alırdılar. Amma indiki halda görürlər ki, Rusiyanın taleyi sual altındadır. Düşünürlər ki, zatən maliyyə dəstəyini Qərbdən alırıq, təhlükəsizlik baxımından belə Qərbə söykənməklə bu məsələni əvəz etmək olar. Sərhədlərinə yerləşdirəcəklər kimi bəyanatları da daha çox buna söykənir. Rusiya sərhədçiləri indiki vaxtda Ermənistan sərhədlərini qoruyur. Onlar düşünürlər ki, qoyulan şərtlərə rəğmən rus sərhədçiləri çıxmalıdır. Çünki nə Qərb, nə də Amerika şərtsiz Ermənistana dəstək verməz. Onlar yəqin ki, Rusiya hərbi bazasının çıxmasını, sərhədçilərin mövqelərini tərk etməsini, Rusiyanın tamamilə Ermənistandan çıxmasını tələb kimi qarşıya qoyublar. Bu, birmənalı şəkildə belədir. Zvartnots aeportuna gedib baxılması onunla bağlıdır ki, orada da rus sərhədçiləri yoxlama aparırdılar. 2012-ci ildə Avronest tədbirində iştirak üçün gedəndə görmüşəm. Birmənalı şəkildə məsələ belə qoyulub ki, həm bizə maliyyə dəstəyi versinlər, həm də qüvvələr ora daxil olsun. Ermənilər məsuliyyəti daha çox o dövlətlərin üzərinə qoymaqda maraqlıdırlar. Burada həm də Ermənistan Rusiyaya lazımlı olduğunu göstərmək istəyir. Rusiyadan nə alar-alar, nə qoparar-qoparar. Rusiyaya həm də mesaj verir ki, sən dəstək vermirsənsə, bölgəyə Avropa İttifaqının müşahidə missiyasını gətirirəm, sənin arxa baxçana onları yerləşdirirəm. Əslində bununla təhdid edir. Amma hesab etmirəm ki, bütün bunlar Ermənistanın xeyrinə işləsin. Bununla Azərbaycana heç nə edə bilməyəcəklər. Müharibə işarəsi edə bilərlər. Amma hesab etmirəm ki, böyük bir müharibə baş versin. Toqquşmaların olması gözləniləndir. Amma böyük müharibənin olması gözlənilən deyil. Düşünürəm ki, Avropa İttifaqının bura gəlişindən sonra Rusiya burada təxribatların baş verməsində maraqlı olacaq. Azərbaycanın açıq bir vizyonu var və bu vizyon dəyişməməlidir. İndiyə qədər qoyduğumuz xətt yürüdülməlidir. Xəttimizlə artıq hər kəs hesablaşmağa başlayıb. Sonuc olaraq, vəziyyətimizlə razılaşacaqlar. Belə fikirlər var ki, Amerika başda olmaqla bəzi dairələr ermənilərə avantaj saxlayacaqlar. Amma belə bir şey yoxdur. Çünki onlar burada kimin udub-udmaması ilə maraqlanmırlar. Onlar üçün maraqlarının təmin edilməsidir. Sadəcə, bölgədə yerləşmək üçün bu elementdən istifadə edirlər”.
Cavanşir ABBASLI/“Yeni Müsavat”

Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |