Şrift:
Urmu gölü quruyarsa İranın dörddəbiri ziyan görəcək
26.01.2013 [12:04] - Güney Azərbaycan xəbərləri
Bu barədə İranın Milli İqyanusşünaslıq (okeonoqrafiya) Müəssisəsinin rəisi doktor Vəhid Çegini danışıb.

Çegini bəyan edib ki, Urmu gölü quruyarsa İranın dörddəbiri ziyan görəcək və toz fırtınaları ilə üzləşəcək.

Onun sözlərinə görə, Urmu gölünün quruyacağı təqdirdə Mazəndaran, Gilan, Zəncan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Qəzvin vilayətləri və bir sıra digər bölgələr təsir altına düşəcək və ölkənin böyük hissəsində ətraf-mühit faciəsi yaşanacaq.

Çegini sonda Urmu Gölünü qurumaqdan qurtarmaq üçün səlahiyyətli orqanların təcili olaraq tədbir almalarına ümidvar olduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 936 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed